İran Qətərdə ABŞ a məxsus erkən xəbərdarlıq radarını vurdu
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran İnqilab Keşikçiləri Korpusu Qətərdə yerləşən və 5 min kilometr mənzilli ABŞ-a məxsus FP132 erkən xəbərdarlıq radarının məhv edildiyini açıqlayıb. Bildirilib ki, radar balistik raketləri izləmək üçün xüsusi avadanlıqlarla təchiz olunmuşdu və tamamilə sıradan çıxarılıb.
Modern.az xəbər verir ki, Qətər Müdafiə Nazirliyinin adı açıqlanmayan rəsmisi Al Jazeera telekanalına açıqlamasında ölkənin şimalında yerləşən erkən xəbərdarlıq radarının vurulduğunu təsdiqləyib. Hücum nəticəsində ölən və ya yaralanan olmadığı bildirilib, ziyanın miqyası isə qiymətləndirilir.
Hadisə İsrail və ABŞnin İrana endirdiyi zərbələrdən sonra baş verib. Zərbələr zamanı Tehran, İsfahan, Təbriz və digər şəhərlərin hədəf alındığı bildirilib. Buna cavab olaraq İran İsrailə onlarla ballistik raket və pilotsuz uçuş aparatları ilə hücum etdiyini açıqlayıb.
Eyni zamanda İranın Bəhreyn, BƏƏ, Küveyt, Qətər və İordaniyadakı ABŞ bazalarını da hədəfə aldığı, Bəhreyndəki ABŞ donanma obyektinin vurulduğu qeyd olunub. Regionda gərginlik yüksək olaraq qalır. (TRT Haber)
Baxış sayı:100
Bu xəbər 28 Fevral 2026 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















