İran raketləri Tel Əvivə zərbə endirib Ölən və ya yaralanan yoxdur
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın yeni raket hücumu elan edilməsindən sonra İsrailin mərkəzində, xüsusən də paytaxt Təl-Əvivdə alarmlar səsləndi.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İrandan atılan raketlər ölkənin mərkəzi hissəsindəki bəzi binalara və nəqliyyat vasitələrinə zərər vurub, Holondakı dəmir yolu stansiyasında isə maddi ziyana səbəb olub.
İsrail ordusu İrandan atılan raketləri vurmaq üçün hava hücumundan müdafiə sistemlərinin işə salındığını açıqladı.
Qisas təhlükəsi ilə üzləşən ərazilərdəki mobil telefonlara xəbərdarlıqlar göndərildi və sakinlərdən sığınacaqlara girmələri istənilib.
İsrailin təcili tibbi yardım xidmətinin ilkin məlumatlara görə, raket hücumu nəticəsində ölən və ya yaralanan olmayıb.
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 17 Mart 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















