İran rəsmilərinin mavi nişanları silindi
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-də yerləşən X sosial media platforması bəzi İran rəsmilərinə məxsus hesablardan mavi təsdiq nişanlarını silib.
"Unikal" xəbər verir ki, bu qərar, Texnologiya Şəffaflığı Layihəsi tərəfindən platformanın sanksiyalara məruz qalan İran vətəndaşlarına pullu "X Premium" xidməti göstərdiyi iddia edilən hesabatdan sonra verilib.
Mavi nişanları silinən hesablar arasında Xarici işlər naziri Abbas Əraqçi, Məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsəni Ejei və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də var. ABŞ-nin İrana qarşı sanksiyaları Amerika şirkətlərinə müəyyən şəxslər və qurumlarla kommersiya münasibətləri qurmağı qadağan edir. "X" hələlik məsələ ilə bağlı şərh verməyib.
Amerikalı milyarder İlon Maska məxsus şirkət əvvəllər emoji kolleksiyasındakı İran bayrağını İran hökumətinə qarşı çıxan şah rejimi tərəfdarı qruplar tərəfindən istifadə edilən köhnə bir bayraqla əvəz etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 15 Fevral 2026 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















