İran rəsmisi: “ABŞ Tehranın yeddi şərtini yerinə yetirənə qədər heç bir addım olmayacaq“
Icma.az, Moderator.az saytına istinadən bildirir.
"ABŞ Tehranın yeddi şərti ilə razılaşana qədər İran hakimiyyəti regional vəziyyətin nizamlanmasına dair danışıqların aparılması istəyində deyil".
Moderator.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmmədbağır Qalibaf bildirib.
"İranın yeddi şərti yerinə yetirilənə qədər heç bir addım və ya danışıqlar olmayacaq", - deyə o qeyd edib.
O, həmçinin əmin edib ki, əgər rəqib İrana qarşı yeni aqressiv addımlar atarsa, onun hakimiyyəti "hərbi əməliyyatların coğrafiyasını" genişləndirməyə hazırdır.
Daha əvvəl, müxtəlif məlumatlara görə, Tehran tərəfindən irəli sürülüən şərtlər arasında Livan da daxil olmaqla, regionda hərbi əməliyyatların tamamilə dayandırılması, sanksiyaların və ABŞ-nin dəniz blokadasının ləğvi, dondurulmuş İran aktivlərinin blokdan çıxarılması və ölkəyə dəymiş ziyana görə kompensasiyanın ödənilməsi kimi məqamlar var idi.
Ötən həftə ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, İran münaqişəyə son qoyulması üzrə Vaşinqtona uyğun gələn müqavilələrə razılaşana qədər ABŞ İrana iqtisadi təzyiq göstərməyə davam edəcək. Nazir iddia edib ki, İran hazırda neft sata bilmir, lakin bu, enerji resursunu idxal edən ölkələrə zərər verməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 24 Noyabr 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















