İran: Sanksiyalar qaldırılıb, nefti 20% daha yüksək qiymətə satırıq
Icma.az bildirir, Banco.az portalına istinadən.
Müəllif:Mehin Qasımova,Banco.az
Neft sanksiyaları qaldırılıb və biz nefti 20 faiz daha yüksək qiymətə satırıq.
Banco.az xəbər verir ki, bunu İran Parlamenti və Danışıqlar Nümayəndə Heyətinin rəhbəri Məhəmməd Bağır Qalibaf deyib.
Qalibaf neft satış qiymətlərinin sanksiyalardan əvvəlki səviyyələrdən yuxarı qalxdığını bildirərək deyib: "Neft sanksiyaları qaldırılıb və biz nefti 20 faiz daha baha satırıq. Dəniz blokadasını qaldırdığımız gündən bəri 40 milyon bareldən çox neft ixrac etmişik. Bu, 10-12 gündən az müddətdə baş verdi. Halbuki təxminən əlli gündür ki, heç bir neft ixrac etməmişdik."
Qalibaf bildirib ki, İranın müxtəlif ölkələrdə ümumilikdə 24 milyard dollarlıq aktivi var və bu məbləğin 12 milyard dolları Mərkəzi Bankın zəruri malların alınması üçün istifadə etməsinə qalacaq.
Qalibaf dialoqa açıq olduqlarını, eyni zamanda razılaşmaya əməl olunmazsa, müharibəyə də hazır olduqlarını bildirib və bunları əlavə edib:
"Razılaşmanın beş bəndini həyata keçirmək üçün İsveçrəyə getdik. Bu şərtlər yerinə yetirilməsə, danışıqlara başlamayacağıq. İslamabad Sazişi ABŞ-ın məğlubiyyətinin sənədidir. Razılaşmadan sonra sionist rejim Livana ağır hücum etdi və sazişlə bağlı problem yaratmaq üçün bəzi əraziləri işğal etməyə çalışdı. Bu vəziyyət bizi atəşkəs barədə müzakirə apardığımız İsveçrəyə getməyə vadar etdi. Bundan sonra Livana hücumlar əvvəlki ilə müqayisədə xeyli azalıb. Livan, İran və ABŞ arasında birgə komitə yaradılacaq və səfirimiz həmin komitənin üzvü olacaq."
Nüvə proqramı ilə bağlı da şərh verən Qalibaf İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) tərəfi olduğunu bildirib.
Qalibaf deyib: "Biz NPT-nin üzvüyük. Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) ilə əməkdaşlıq edirik, lakin uranın zənginləşdirilməsi bizim haqqımızdır. NPT öhdəliklərimizi yerinə yetiririk".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 01 İyul 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















