İran sanksiyaların bərpası ilə bağlı ABŞ və Aİ3 ölkələrinə xəbərdarlıq edib
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
"ABŞ və Aİ3 ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) BMT-nin ləğv edilmiş sanksiyalarının bərpasının Tehrana təzyiq vasitəsinə çevriləcəyinə inanmaqda səhv edirlər".
"Report"un məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirlik qeyd edib ki, rəsmi Tehran ölkəyə zərər vurmaq cəhdlərinə qətiyyətlə cavab verəcək:
"Aİ3 və ABŞ diplomatiya və qarşılıqlı əlaqə üçün əlverişli atmosfer yaratmaq əvəzinə qarşıdurma və böhran yaratma yolunu seçiblər və yanlış olaraq inanırlar ki, BMT-nin ləğv edilmiş qətnamələrinin bərpasına əl atmaqla yeni təzyiq aləti əldə edəcəklər. Tehran öz hüquqlarını və milli maraqlarını qətiyyətlə müdafiə edəcək və İran xalqının mənafelərinin pozulmasına yönəlmiş istənilən hərəkətə qəti və layiqli cavab verəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 28 Sentyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















