Icma.az
close
up
RU
Müqəddəs torpaqda “artsax” əxlaqsızlığı Bakıdan şillə kimi cavab

Müqəddəs torpaqda “artsax” əxlaqsızlığı Bakıdan şillə kimi cavab

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Erməni keşişlər Qüdsdə təxribata əl atdı - əski parçası ilə sülhə zərbə...

Xristianların Pasxa bayramı ərəfəsində Qüdsdəki Müqəddəs Dirilmə kilsəsində Müqəddəs Ocaq yandırılarkən, erməni din xadimləri əxlaqsız təxribatlarından əl çəkməyiblər. Erməni keşişlər mərasim zamanı Qarabağdakı keçmiş separatçıların əski parçasını nümayiş etdiriblər.

Göründüyü kimi, erməni din adamları harada olsalar, bu qondarma “bayraqdan” əl çəkmirlər. Din xadimi sülhə çağırış etməlidir. Amma ermənilərin Qüdsdəki keşişləri belə ərazi iddialarına səbəb olan “artsax” parçasını qaldırmaqla xalqlar arasında barışığa, sülhə doğru gedən prosesə zərər vurmağa çalışırlar.

Üstəlik, “artsax” məsələsini təbliğata çevirməklə özləri haqda məzlum obrazı yaradırlar. Guya onlar Qarabağdan zorla çıxarılıblar.

Qeyd edək ki, son həftələr Ermənistanda da separatçılar fəallaşıb. Onlar gah qondarma parlamentin toplantısını keçirir, gah da mifik rejimin uydurma prezidenti Şahramanyan fransız deputatla görüşür. İndi də erməni keşişlərin bayram təxribatı.

Millət vəkili Ceyhun Məmmədovun “Yeni Müsavat”a bildirdiyinə görə, baş verən bütün bu proseslər onu göstərir ki, Azərbaycanla Ermənistan arasında sülhün imzalanmasına ən çox mane olan strukturlardan biri də erməni kilsəsidir: “Bu kilsə hər zaman düşmənçiliyi təbliğ etməklə məşğul olub. Bu, eyni zamanda xristianlığın da prinsiplərinə zidd yanaşmadır. Onlar həm Ermənistan daxilində, həm də xaricdə bu cür fəaliyyətləri davam etdirirlər və düşmənçiliyi yaymağa çalışırlar. Lakin bu, ilk hal deyil. Erməni kilsəsi erməni diasporası ilə birlikdə eyni siyasəti yürüdür. Əslində isə kilsə bu qədər itkidən sonra fərqli mövqe nümayiş etdirməli idi. Təəssüf ki, erməni keşişlər belə addımları tək Qüdsdə deyil, digər ölkələrdə də atırlar”.

Deputatın fikrincə, dünya bilməlidir ki, onlar xristianlıq və din pərdəsi altında erməni şovinizmi ilə məşğul olurlar: “İki xalq arasında sülhü deyil, düşmənçiliyi təbliğ edirlər. Erməni kilsələrinin həqiqi xristianlıqla, dini dəyərlərlə, Allahla əlaqəsi yoxdur. Allahı tanıyan dindarlar belə bir addımı atmamalı və mövqeni ortaya qoymamalıdır. Onların bu düşmənçiliyi elə xristianlığın prinsiplərinə, dəyərlərinə ziddir. Erməni kilsələri dünyanın hər yerində bu fəaliyyəti və təbliğatı davam etdirir”.    

Politoloq Tofiq Abbasov  “Yeni Müsavat”a deyib ki, ermənilər bununla ilk növbədə özlərini biabır edirlər: “Özlərini qalmaqallı millət kimi təqdim edirlər. İstər siyasi, istərsə də dini təsisatların nümayəndələri belədir. Ermənistan daxilində köhnə hakimiyyətin nümayəndələri "Qarabağ hərəkatı"nın nəbzini saxlamağa çalışırlar. Onların fikrincə,  bu hərəkat erməni dövlətçiliyinin əsasına gətirib çıxarardı. Guya 30 il bundan öncə onlar müstəqilliklərini elan etdikdən sonra o prosesə təkan verən Qarabağ hərəkatı olub. Bununla da etiraf edirlər ki, işğalçılıq siyasəti, vandallıq, qonşunun ərazisinə göz dikmək onların milli məfkurəsinin əsasını təşkil edir".

Ekspertə görə, dünyada ikinci belə bir dövlət yoxdur ki, müstəqillik aktında, öz konstitusiyasında başqa dövlətin ərazisini öz tərkibində görsün: “Ağrı dağı Türkiyədədir, lakin ermənilər onu öz gerblərində təsvir ediblər. Qarabağ Azərbaycanın ərazisidir, lakin ona qarşı iddiaları var. Revanşist qüvvələr hətta Paşinyana da minnət edirlər ki, Qarabağ hərəkatının xidməti sayəsində bu dövlət müstəqil olub və bundan sonra da öz qüvvəsini saxlamalıdır. Erməni diasporası, erməni kilsəsi və Ermənistan dövləti arasında daim çəkişmə gedir. Və bu çəkişmə İvan Andreyeviç Krılovun təmsillərindəki mənzərəni xatırladır. Təmsildə Qu quşu, xərçəng və balıq heç vaxt iş birliyi qura bilmir. Çünki biri uçur, biri sürünür, digəri isə üzür. Ermənilərin də əhvalatı məhz buna oxşayır. Üçlükdə Ermənistan ideologiyasını düzgün müəyyən edə bilmirlər. Kilsə Allaha qulluq edir. Allaha qulluq edən qüvvələr müharibəyə can atmamalıdır. Əksinə, erməni keşişləri Allahın yox, şeytanın elçiləridir. Erməni keşişləri bayraq adlandırdıqları əski parçasını asmaqla heç nə dəyişməyəcək. Haradan asırlarsa assınlar. Dəyişməyən bir həqiqət var: Qarabağ Azərbaycandır!”    

Qeyd edək ki, Ermənistanda revanşizm təkcə siyasətçilərin yox, kilsə divarları arasından çıxan “müqəddəs” libaslıların da gündəmindədir. Xüsusən son dövrlərdə keşiş Baqrat Qalstanyanın çıxışları bu tendensiyanı açıq şəkildə göstərir. Kilsənin keşişi olsa da, Qalstanyan artıq dini simadan çox, revanşist ideologiyanın ruporuna çevrilib.

Özünü “xalqın səsi” kimi təqdim edən Qalstanyan əslində Azərbaycanla sülhə qarşı aparılan ideoloji kampaniyanın ön cəbhəsində dayanır. O, bir tərəfdən guya “milli dəyərlər”dən danışır, digər tərəfdən isə “artsax” mifini diriltməyə, itirilmiş torpaqlar uğrunda yeni müharibəyə çağırışlar etməyə cəhd göstərir. Onun “duaları” daha çox nifrət üzərində qurulub.

Qalstanyan yalnız kilsədə yox, mitinqlərdə, televiziya proqramlarında və sosial şəbəkələrdə də anti-Azərbaycan ritorikası ilə çıxış edir. Ermənistanda siyasi dairələrlə yanaşı, dini institutların da sülhə qarşı təbliğata cəlb edilməsi bölgədəki sabitlik üçün ciddi təhlükə siqnalıdır.

Keşişin rəhbərlik etdiyi dini tədbirlərdə, xütbələrdə separatçılar “qəhrəman” kimi təqdim olunur, Azərbaycanla imzalanacaq sülh müqaviləsi isə “xəyanət” damğası ilə qınanır. Beləliklə, Ermənistan cəmiyyətində nifrətin dini don geyindiyi yeni mərhələ başlayıb.

Bu fakt bir daha göstərir ki, rəsmi İrəvan revanşist qüvvələrə, o cümlədən din xadimlərinə meydan verir. Azərbaycan isə bu təhlükəni ciddi şəkildə nəzərə almalı, regionda yeni müharibə çağırışlarına dini-siyasi cavab verməyə hazır olmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://news24.az
archiveBu xəbər 22 Aprel 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri