Icma.az
close
up
RU
İran sıxılır, Putinlə körpülər qurulur: Trampın hədəfi haqda ŞOK AÇIQLAMA

İran sıxılır, Putinlə körpülər qurulur: Trampın hədəfi haqda ŞOK AÇIQLAMA

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın xarici siyasətində eyni vaxtda iki böyük cəbhə üzrə fəallıq diqqət çəkir. Bir tərəfdən Vaşinqton İranla qarşıdurmanı daha da sərtləşdirir, digər tərəfdən isə Ağ Ev sahibi rusiyalı həmkarı Vladimir Putinlə birbaşa dialoqu intensivləşdirərək Ukrayna müharibəsinin mümkün qədər tez başa çatdırılmasına çalışır. Sentyabrın 9-da İranın ABŞ-ın İordaniyadakı hərbi bazasına raket zərbələri endirməsi və Hörmüz boğazında gəmilərə hücum etməsi fonunda Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi Trampın qarşısında iki ayrı, lakin bir-biri ilə əlaqəli strateji problemin olduğunu göstərir.

Bir sözlə hazırda Trampın qarşısında sadəcə iki ayrı müharibəni idarə etmək məsələsi dayanmır. Söhbət ABŞ-ın dünya siyasətində yeni güc balansını formalaşdırmaq cəhdindən gedir. İranın zəiflədilməsi Yaxın Şərqdə Vaşinqtonun mövqelərini gücləndirə, Rusiya ilə anlaşma isə Ukrayna böhranının yükünü azaltmaqla ABŞ-a diqqətini digər strateji istiqamətlərə yönəltmək imkanı verə bilər. Amma bunun üçün Tramp həm Tehranı geri çəkilməyə məcbur etməli, həm də Moskva ilə Kiyev arasında qəbul edilə bilən razılaşma əldə etməlidir.
Trampın İranla sərt qarşıdurması və Putinlə yumşaq diplomatiyası bir-birini tamamlayan strategiyadır? Vaşinqton Moskva ilə anlaşaraq Ukrayna cəbhəsini bağlamaq və bütün diqqətini İran probleminə yönəltmək istəyir? Putin Trampın bu planında tərəfdaş, yoxsa ABŞ-ın əsas rəqiblərindən biri olaraq qalacaq?


Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a bildirdi ki, Birləşmiş Ştatların xarici siyasətində eyni vaxtda iki nəhəng münaqişə ocağında müşahidə olunan yüksək dinamika Ağ Evin qlobal strategiyasında köklü bir dönüşün baş verdiyini göstərir:

“Vaşinqton bir tərəfdən Yaxın Şərqdə Tehranla qarşıdurmanı maksimum dərəcədə kəskinləşdirir, digər tərəfdən isə Şərqi Avropada Rusiya ilə birbaşa diplomatik kanalları bərpa edərək Ukraynadakı hərbi əməliyyatları tez bir zamanda yekunlaşdırmağa çalışır. İlk baxışda ziddiyyətli görünen bu ikiqat xətt- İranla sərt çəkindirmə və Moskva ilə yumşaq diplomatiya-əslində Birləşmiş Ştatların məhdudlaşan resurslarını daha effektiv idarə etmək və yeni dünya düzənində öz üstünlüyünü qoruyub saxlamaq üçün hesablanmış vahid geosiyasi planın tərkib hissəsidir. Tramp administrasiyasının əsas prioriteti ABŞ-ı illərdir davam edən və böyük maliyyə, hərbi, eləcə də siyasi resurs tələb edən tükəndirici münaqişələrdən azad etməkdir. Bu baxımdan Ukrayna cəbhəsi Vaşinqton üçün artıq strateji baxımdan prioritet olmaqdan çıxıb yükə çevrilməkdədir. Birləşmiş Ştatların məqsədi Kiyev və Moskva arasında dondurulmuş və ya tərəflər üçün nisbətən qəbul edilən bir kompromis əldə etməklə Avropanın təhlükəsizlik məsuliyyətini birbaşa Aİ ölkələrinin üzərinə atmaqdır. Ancaq diplomatiya ilə paralel olaraq Ukraynanın hərbi imkanlarının müəyyən səviyyədə saxlanılması Moskvanı danışıqlar masasında daha konstruktiv olmağa məcbur etmək məqsədi daşıyır. Vaşinqton Kremlə aydın mesaj verir ki, sülh müqabilində iqtisadi fürsətlər yarana bilsə də, masadan imtina Rusiya üçün daha ağır nəticələr doğuracaq.

Digər tərəfdən, Yaxın Şərqdə nəzarətdən çıxan gərginlik ABŞ üçün birbaşa iqtisadi və təhlükəsizlik təhdididir. Hörmüz boğazında dəniz ticarətinin iflic olması və qlobal neft qiymətlərinin kəskin artması ABŞ-ın daxili bazarına və inflyasiya göstəricilərinə zərbə vurur. Bu səbəbdən Birləşmiş Ştatlar üçün Yaxın Şərq cəbhəsi anidən birinci dərəcəli strateji düyün nöqtəsinə çevrilir. Ukrayna cəbhəsini dondurmaq və ya bağlamaq Birləşmiş Ştatlara imkan verir ki, bütün diqqətini və hərbi-diplomatik resurslarını Tehranın sıxışdırılmasına, regiondakı müttəfiqlərinin təhlükəsizliyinin təmin edilməsinə yönəltsin”.


Hərbi ekspert hesab edir ki, bu böyük şəbəkədə Rusiya Birləşmiş Ştatlar üçün nə tam müttəfiq, nə də barışmaz düşmən rolu oynayır: “Moskva bu strategiyada sırf taktiki tərəfdaş kimi nəzərdən keçirilir. Vaşinqton Rusiya ilə razılığa gəlməklə Moskva, Pekin və Tehran arasında formallaşan anti-qərb oxunu zəiflətməyi hədəfləyir. Əgər Ukrayna məsələsində razılıq əldə olunarsa, Rusiya İran-ABŞ qarşıdurmasında bitərəf qala və ya Tehranı geri çəkilməyə vadar edən vasitəçiyə çevrilə bilər. Eyni zamanda, İranın zəiflədilməsi birbaşa Çinin strateji maraqlarına zərbə vurur. Pekinin əsas enerji idxalı marşrutlarının və Yaxın Şərqdəki iqtisadi layihələrinin təhlükə altına düşməsi Birləşmiş Ştatların qlobal rəqabətdə Çinə qarşı əlini gücləndirir. Trampın "iki cəbhəli oyunu" sadəcə iki ayrı müharibənin idarə olunması deyil. Bu, Birləşmiş Ştatların qlobal hegemonluğunun yeni forması olan "İdarəolunan Çoxqütblü Balans" modelinin tətbiqidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Sentyabr 2026 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri