İran: Təhdidlər davam etdikcə heç bir razılaşma olmayacaq
Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus "Sepahnews" nəşri ABŞ-nin təhdidləri davam etdiyi müddətdə İranın heç bir razılaşmaya getməyəcəyini bildirib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, "Sepahnews"un danışıqlardan məlumatlı, adı açıqlanmayan mənbəyə istinadla yaydığı xəbərə görə, İranla Oman arasında Hörmüz boğazı ilə bağlı aparılan danışıqlarda razılaşmanın əldə olunmamasının əsas səbəbi ABŞ-nin müdaxiləsi və Prezident Donald Trampın təhdidləridir.
Mənbənin sözlərinə görə, ABŞ-nin müdaxiləsi və İrana qarşı hərbi hücum təhdidi davam etdikcə razılaşma gecikəcək.
"İran təhdidlərin kölgəsində heç bir razılaşma imzalamayacaq", – deyə o vurğulayıb.
Qeyd edək ki, İran və ABŞ arasında iyunun 14-də Pakistanın vasitəçiliyi ilə əldə olunan ilkin razılaşmaya əsasən, ABŞ İrana məxsus dondurulmuş aktivləri azad etməli, bunun müqabilində isə Hörmüz boğazı açılmalı və İran 60 gün ərzində bu strateji su yolundan keçən gəmilərdən ödəniş almamalı idi.
Lakin İran ABŞ-ni razılaşmanın şərtlərini yerinə yetirməməkdə ittiham edib. Daha sonra iki ölkə arasında gərginlik yenidən artıb və silahlı toqquşmalar baş verib.
Hazırda İran Hörmüz boğazında təhlükəsiz keçid marşrutlarının müəyyənləşdirilməsi məqsədilə Omanla texniki və siyasi danışıqları davam etdirir.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 05 Avqust 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















