İran təyyarələri heç bir ölkəyə uça bilməyəcək ABŞ qoymur
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İran aviaşirkətləri sentyabrın 23-dən etibarən beynəlxalq uçuşları həyata keçirə bilməyəcək.
Modern.az xəbər verir ki, ABŞ-nin maliyyə naziri Skott Bessent CNBC-yə açıqlamasında ABŞ-nin tətbiq etdiyi sanksiyalar çərçivəsində İran aviaşirkətlərinə qarşı təzyiqlərin gücləndiriləcəyini deyib.
Onun sözlərinə görə, İran aviaşirkətlərinin xarici ölkələrə uçuş həyata keçirməsi halında onlara yanacaq və yerüstü xidmətlərin göstərilməsi məhdudlaşdırılacaq, bilet satışına da maneələr yarana bilər.
Bessent bildirib ki, ABŞ İran aviaşirkətləri ilə əməkdaşlıq edən şirkətləri də izləyir. Onun sözlərinə görə, bu şirkətlər ABŞ-nin maliyyə sanksiyaları ilə üzləşə bilər. Nazir əlavə edib ki, Prezident Donald Tramp İranla bağlı iqtisadi təzyiq kampaniyasına başlayıb və digər ölkələrin liderləri ilə əlaqə saxlayaraq onları İranla əməkdaşlığı dayandırmağa çağırır.
Bessentin açıqlaması İranın aviasiya sektoruna qarşı ABŞ sanksiyalarının daha da sərtləşdirilməsi çərçivəsində verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 21 Sentyabr 2026 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















