Icma.az
close
up
RU
İran total müharibəyə başladı Trampın cavabı nə olacaq?

İran total müharibəyə başladı Trampın cavabı nə olacaq?

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İran müharibəsində ABŞ-ın ilk mümkün ssenari kimi hesabladığı iki məsələdə “gözlənilməz nəticə” olduğu görünür.

Birincisi, Xameneinin ölümü rejim daxilində gözlənilən parçalanmanı yaratmadı: səbəb İranın bu ssenariyə öncədən hazırlaşmasıdır, Laricaninin prosesi idarə etməsi də bunu deməyə əsas verir; rejim daxilində dağılma perspektivləri var, lakin bu, müharibənin gedişində - xilas yolunun qalmadığı halda açıq şəkildə ortaya çıxa bilər;

İkincisi, İranın hücumlara “total müharibə” məntiqi ilə cavab verməsidir: Körfəz ölkələrindən Kiprə qədər geniş coğrafiyada hərbi obyektlərlə yanaşı, hava limanları və otellər də hədəf seçilib.

Bu vəziyyət müharibənin daha uzunmüddətli olacağı, hətta regional müstəviyə keçəcəyi risklərini yaradır. Prosesin bu istiqamətdə inkişafında maraqlı olan İran müharibə alovunu genişləndirməklə xilas olmaq şanslarını artımağa çalışır. Tehranın müharibənin gedişi ilə bağlı öz hesablamaları var.

1. İlk 10 gün ərzində hücumlara dözməklə təzyiqin azalacağına ümid edir, ABŞ-İsrail cəbhəsində problemlərin ortaya çıxmasını, xüsusilə bahalı əməliyyatda nəticənin gecikməsinin Vaşinqton və Təl-Əvivdə narazılıq yaradacağını gözləyir: itkilər artacağı təqdirdə Trampa qarşı siyasi təzyiq güclənə bilər;

2. Körfəz ölkələrini hədəfə almaq və Hörmüz boğazında daşımalara problemlər yaratmaqla qlobal enerji bazarını böhran həddinə çatdırmaqdır: bununla əməliyyatın dayanması və danışıqları başlanması üçün qlobal tələbin formalaşacağını düşünürlər;

3. Proksi qüvvələrin də hərəkətə keçməsi (artıq Hizbullah ilk addımlarını atır) və İsrailə, eləcə də ABŞ bazalarına qarşı hücumlarla müharibənin genişləndirilməsi planlar arasındadır;

4. Müharibənin uzanması və qlobal iqtisadiyyata mənfi təsir etməsi Körfəz ölkələrinin, eləcə də Çinin əməliyyatlara qarşı mövqeyini kəskinləşdirə, ABŞ və İsrailin işini çətinləşdirə bilər.

İranın “total müharibə” taktikasının hədəfi belə görünür və əsas gözləntisi mümkün danışıqları kapitulyasiya şərtlərindən kənara çıxarmaqdır. Hərçənd, buna nail olmağın mümkünlüyü də sual altındadır.

- İranın raket ehtiyatlarının uzunmüddətli əks-hücum əməliyyatlarında yetərli olacağı sual altındadır;

- Həbi baza, raket və silah anbaları, aerodromların hücuma məruz qalması hərbi arsenalını zəiflədir;

- ABŞ və İsrailin hava məkanını nəzarətə götürməsi gözləntisi rejimin müqavimətini zəiflədəcək;

Və Trampın “Böyük hücum dalğası başlamayıb, İran xalqı hələ evdə qalmalıdır” açıqlaması fonunda ABŞ-ın daha ağır zərbələr endirəcəyi fikri ön plana çıxır. İstisna deyil ki, İranın hava məkanı nəzarətə götürüləndən sonra ABŞ döyüş təyyarələrinin hərəkətə keçməsi planlaşdırılır. Son mərhələdə Trampın istisna etmədiyi “quru əməliyyatı” yerli və regional silahlı birləşmələrin iştirakı ilə mümkün ssenarilər arasındadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://axar.az
archiveBu xəbər 04 Mart 2026 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri