“Oyun təcrübəsizliyi sözünü dedi” Ələkbərov
futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının əsas mərhələsində “Araz-Naxçıvan” “Buba Mara” ilə qarşılaşıb.
Futbolpress.az xəbər verir ki, oyunla bağlı təmsilçimizin oynayan məşqçisi Fərid Ələkbərov Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib:
“Bosniya və Herseqovina çempionu bizimlə görüşə tam heyətlə çıxmışdı. Belə ki, onların əsas oyunçusu Pereç qırmızı vərəqə aldığına görə I turda “Piast”la matçı buraxmışdı. Oyunun gedişində hesabda önə keçdik. Ancaq oyun təcrübəsizliyi sözünü dedi və üstünlüyümüzü qoruya bilmədik. İstər fiziki hazırlıq, istərsə də qol epizodu yaratmaq baxımından komandamız yaxşı tərəfdən seçilirdi. Hesab 2:2 olan vaxt boş qapıya düşə bilmədik. Onu edə bilsəydik, qələbə qazanmaq şansımız az deyildi. Ümumiyyətlə, qrupumuzdakı rəqiblərin heç biri zəif, asan udulacaq kollektiv deyil. Hər biri oturuşmuş heyətə malikdir, əksəriyyəti illərdir eyni komandada çıxış edirlər. Bizim bir gün əvvəl yendiyimiz “Uypest” meydan sahibi və qrupun əsas favoriti hesab edilən “Piast”la heç-heçə etdi. Qrup liderinin kimliyinə sonuncu turun oyunlarından sonra aydınlıq gətiriləcək. Elə vəziyyət yaranıb ki, bu hüququ hər bir komanda qazana bilər.
“Araz-Naxçıvan” bu ildən sırf yerli futzalçılardan – millinin üzvlərindən qurulub. Onların belə mübarizə aparacaqlarını açığı gözləmirdim. Yaxşı mənada təəccübləndirdilər”.
Qeyd edək ki, “Araz-Naxçıvan” qrupun ilk oyununda “Uypest”i 5:4 hrsabı ilə yenib, “Buba Mara”ya isə 3:5 hesabı ilə uduzub.
Komanda sabah – oktyabrın 30-da “Piast”la üz-üzə gələcək. Oyun saat 22:00-da start götürəcək.
Baxış sayı:140
Bu xəbər 29 Oktyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















