İran Trampın komandasına hücum edəcək CNN
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli nümayəndələrinə kimyəvi silah və ya “çirkli bomba” adlanan vasitə ilə hücum etməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə CNN ABŞ kəşfiyyatına istinadla məlumat yayıb.
“Ehtimal olunan planlara konkret məkanlar və potensial hədəflər daxildir. Bununla əlaqədar ABŞ hakimiyyəti mümkün təhdidlərə qarşı cavab tədbirlərini artıq nəzərdən keçirir. Kəşfiyyat daha əvvəl Tehranın ABŞ ərazisində partlayıcı qurğuların hazırlanması üçün materiallar gizlətmiş ola biləcəyinə dair məlumatları ələ keçirib”, - məlumatda deyilib.
Qeyd olunub ki, rəsmi şəxslər isə hazırda gözlənilən hücumun planlaşdırıldığına dair heç bir sübutun olmadığını bildiriblər. İranın belə bir əməliyyatı həyata keçirmək üçün kifayət qədər icraçı qüvvəyə malik olub-olmadığı da qeyri-müəyyən olaraq qalır. Ağ Evdən də ABŞ ərazisində təhlükəsizliyə dair etibarlı təhdidlərin qeydə alınmadığı açıqlanıb.
Xatırladaq ki, bundan öncə İsrail mediası MOSSAD-ın ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının yüksək vəzifəli üzvlərinə qarşı İran tərəfindən sui-qəsd ediləcəyi ilə bağlı Mərkəzi Kəşfiyyat İdarəsinə məlumat verdiyini yazmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 17 Noyabr 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















