Icma.az
close
up
RU
İran Trampın təhdidlərinə baxmayaraq, mülki nüvə enerjisinə sərmayə qoymağa davam edəcək

İran Trampın təhdidlərinə baxmayaraq, mülki nüvə enerjisinə sərmayə qoymağa davam edəcək

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İran ABŞ prezidenti Donald Trampın təhdidlərinə baxmayaraq, sülhməramlı nüvə proqramının inkişafına sərmayə qoymağa davam edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə İslam Respublikası xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi məlumat verib.

“İran nüvə silahı əldə etmək niyyətində deyil, lakin sülh məqsədləri üçün nüvə enerjisinə sərmayə qoymağa davam etmək niyyətindədir”, - deyə diplomat İraqın Əl Əhəd telekanalına müsahibəsində qeyd edib. “Dəfələrlə qeyd olunduğu kimi, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin üzvüdür və onun bu sahədəki siyasəti son dərəcə şəffafdır, bunu İslam Respublikasının Ali Rəhbəri Əli Xamenei müəyyənləşdirir”, - deyə Taxt-Rəvançi əlavə edib.

Fevralın 4-də İranın xarici işlər naziri Abbas Əraqçi Trampın ABŞ-ın İrana maksimum təzyiqini bərpa etmək barədə sərəncam imzalamasından sonra deyib ki, Amerika prezidentinin Tehranın nüvə silahı əldə etməsi ilə bağlı narahatlığı əsassızdır. Onun sözlərinə görə, İslam Respublikası Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə sadiqdir. “Bundan əlavə, İranın ali lideri Əli Xamneyinin bu cür silahların yaradılmasını qadağan edən dini sərəncamı var”, - deyə nazir əlavə edib.

Fevralın 10-da Donald Tramp deyib ki, İranın nüvə silahı istehsalını dayandırmaq ya bombalarla, ya da müqavilə imzalamaqla həyata keçirilə bilər. Amerika lideri əlavə edib ki, o, hərbi zərbələrə əl atmadan İslam Respublikası ilə razılığa gəlmək istəyir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Fevral 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri