Icma.az
close
up
RU
İran prezidenti Trampın təhdidlərinə baxmayaraq ABŞ ilə danışıqlar aparacaq

İran prezidenti Trampın təhdidlərinə baxmayaraq ABŞ ilə danışıqlar aparacaq

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tehran ABŞ prezidenti Donald Trampın güc tətbiq etməklə hədələmələrinə baxmayaraq, Vaşinqtonla danışıqları davam etdirəcək, lakin dinc nüvə enerjisini inkişaf etdirmək hüququndan heç vaxt imtina etməyəcək.

Bizimyol.info xəbər verir ki, bunu İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib.

“Bir tərəfdən Tramp regionda sülhdən danışır. Digər tərəfdən, o, bizi hədələyir və onun misli görünməmiş zorakılıq alətləri olduğunu iddia edir. Onun hansı sözlərinə inanmalıyıq? Sülh haqqında sözlərə, yoxsa insanların öldürülməsi və məhv edilməsi haqqında sözlərə? Biz müharibə istəmirik, amma heç vaxt təhdidlərdən də qorxmayacağıq. Biz danışıqlar aparacağıq, lakin hərbi, elmi və nüvə sahəsində əldə etdiyimiz nailiyyətlərdən heç vaxt imtina etməyəcəyik”, - deyə Pezeşkian ölkənin Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi ilə görüşdə qeyd edib.

“Biz düşmənin hədə-qorxusuna və həhdidlərinə boyun əymək istəmirik, demək istəyirik ki, biz ayaq üstə möhkəm dayana bilərik”, - deyə prezident İranın dövlət televiziya və radio şirkətinin efirində bildirib.

Bundan əvvəl Tramp İranın nüvə texnologiyasına ehtiyacı olmadığı fikrini bildirmişdi, çünki o, artıq neftlə zəngindir. Bundan əvvəl Amerika lideri respublikanın nüvə silahına sahib olmasının qarşısını almaq üçün İrana qarşı “ölümcül zərbə” vurmağa hazır olduğunu iddia edərək, problemin diplomatik həllinə üstünlük verəcəyini qeyd edib.

Omanın vasitəçi olduğu ABŞ və İran Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün dörd raund danışıqlar aparıb. Onlardan birincisi aprelin 12-də Omanın paytaxtı Maskatda, ikincisi aprelin 19-da Romada, üçüncü və dördüncüsü aprelin 26-da və mayın 11-də yenidən Omanın paytaxtında baş tutub. Məsləhətləşmələrdə İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edib.

İran Xarici İşlər Nazirliyi daha əvvəl bəyan edib ki, sanksiyalar aradan qaldırılarsa, İslam Respublikasının səlahiyyətliləri uranın zənginləşdirilməsinin həcminin və səviyyəsinin məhdudlaşdırılmasını ABŞ ilə müzakirə etməyə hazırdırlar, lakin nüvə proqramını dayandırmağa heç vaxt razı olmayacaqlar.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 May 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri