Icma.az
close
up
RU
“İran Türk dünyasına inteqrasiya prosesini sürətləndirməlidir” HEYDƏR OĞUZ

“İran Türk dünyasına inteqrasiya prosesini sürətləndirməlidir” HEYDƏR OĞUZ

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

“Abbas Əraqçinin Bakıya səfəri Azərbaycanla İran arasında iqtisadi münasibətləri yenidən qurmaq, Orta dəhlizin bir qolunun İrandan keçməsini təmin etmək məqsədi daşıyır”.

Bu barədə Hurriyyet.az-a İran XİN başçısı Abbas Əraqçinin Bakıya səfərini dəyərləndirən siyasi şərhçi Heydər Oğuz deyib.
“ Zənnimcə, İranın hazırda içərisində bulunduğu təcrid vəziyyətdən ancaq Türk dünyası ilə qurulan iqtisadi münasibətlər qurtara bilər. Məsələ burasındadır ki, İran bu zamana qədər malik olduğun təbii sərvətlərinə güvənib, özünü Yaxın Şərqin ərköyün övladı kimi aparırdı. ABŞ Enerji İnformasiya Administrasiyasının 2021-ci il hesabatına görə, Rusiya 47 trilyon kubmetrlə dünyada ən böyük sübut edilmiş təbii qaz ehtiyatlarına malikdir, İran isə 34 trilyon kubmetr rezervi ilə dünya ikincisidir. Cənub qonşumuz neft rezervləri ilə də ön sıralarda yer tutur. Dünyanın ən böyük neft ehtiyatları 303 milyard barellə Venesueladadır. Səudiyyə Ərəbistanı 267 milyard barellə dünya ikincisi, İran isə 208 milyard barellə dünya üçüncüsüdür. Amma İran malik olduğu bu ehtiyatlarından zamanında istifadə edə bilmədi. İndi isə dünyanın enerji mənbələrinin ünvanı dəyişir. Dünya artıq neft və qaz kimi çırkli enerji mənbələrindən imtina edib, alternativ enerjiyə üstünlük verməyə başlayıb. Bir müddətdən sonra, yəqin ki, İranın və Rusiyanın neftinə və qazına gözucu belə baxan olmayacaq. Beləcə, İran öz strateji əhəmiyyətini tamamilə itirə bilər”,-deyə siyasi şərhçi əlavə edib. 
H. Oğuz hesab edir ki, Tehranın qarşısında dayanan ən optimal yol öz mənasız və işə yaramayan iddialarını bir kənara qoyub türklük kimliyini ön plana çıxarmaqdır: “Zənnimcə, son zamanlar İranda baş verən hakimiyyət dəyişiklikləri, xüsusilə, Pezeşkian president seçilməsinə yaşıl işıq yandırılması da bu zərurətlərdən irəli gəlirdi. İran bu acınacaqlı vəziyyətdən xilas olmaq üçün Türk dünyasına inteqrasiya prosesini sürətləndirməlidir. Əks halda, təcrid vəziyyətinə düşən İran iqtisadi cəhətdən tamamilə tənəzzülə uğraya bilər. Fikrimcə, bunu İran rəsmiləri də başa düşür və Türk dünyası ilə münasibətlərini bərpa etməyə çalışır. Əraqçinin Azərbaycana səfəri də bunun göstəricisidir”.
CAVİD

Share

Tweet

Email

Share

Share

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Dekabr 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri