Icma.az
close
up
RU
Heydər Oğuz Əli Həsənov barədə gizli məlumatları yaydı

Heydər Oğuz Əli Həsənov barədə gizli məlumatları yaydı

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

“Ramiz Mehdiyevin bir “başmaq cütləyəni” vardı – Əli Həsənov. Onun ilk ağsaqqalı Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və partiya sədrinin keçmiş müavini, professor Əli Nağıyev olub”.
Bizim.Media xəbər verir ki, bu sözləri tanınmış jurnalist Heydər Oğuz sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, ağsaqqalı 2019-cu ildə mediaya verdiyi Əli Həsənovu belə xarakterizə edirdi:
“Mən Əli Həsənovu ilk dəfə Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olarkən, onun qəbul otağında tanımışam. Həmin vaxtı Əli Həsənov özü haqqında mənə söhbət edirdi. Söhbət zamanı məlum oldu ki, Əli Həsənov xalam oğlu Rafiqin işçisidir. Xalam oğlu isə həmin vaxtı Naxçıvan Universitetində tədris hissəsinin müdiri vəzifəsində çalışırdı. Xalamoğlu Rafiq Naxçıvan universitetini bitirmişdi, adi müəllim idi. Əli Həsənov isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini (MDU) bitirib və orada müdafiə edərək, elmlər namizədi olub, sonra da Naxçıvan universitetini bitirən xalam oğlunun yanında dəftər daşıyan işləyirdi”.
 

Əli Nağıyevin iddiasına görə, M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirən bir şəxsin MDU məzununun “dəftər daşıyanı” olmasına ürəyi dözməyən YAP qurucusu onu öz himayəsinə alır və əlindən tutaraq hakimiyyət pillələrində irəliləməsinə yardımçı olur. Elə ilk zərbəni də çörək verdiyi bu adamdan alır. Əli Həsənov Ramiz Mehdiyevin yanında işə başlayar-başlamaz öz ağsaqqalı barədə Heydər Əliyevə donoslar ötürməyə başlayır və ata Əliyev axırda bu donosçu adamı TV ekranında bütün millətin gözü qarşısında ifşa edir. Buna baxmayaraq, Heydər Əliyev dünyasını dəyişən kimi Əli Həsənov Ramiz Mehdiyevlə əlbir olub Prezident Aparatında öz yerini möhkəmləndirməyi bacarır”.


Jurnalist qeyd edib ki, Əli Nağıyev öz adaşına bu köməkliyi etməsinin əsl səbəbinə də aydınlıq gətirir:
“Heydər Əliyev mənə zəng edib dedi ki, axı Əli Həsənov vaxtilə bizi ataraq, getdi alverlə məşğul olmağa! Sən də buna gətirib yüksək vəzifə verirsən! Mən Heydər Əliyevə dedim ki, ay Heydər Əliyeviç, axı bunun balası evdə acdır, bəs nə edəydi?”. Yəni balası acından ölməsin deyə Əli Həsənov yüksək vəzifəyə gətirilib. Əvəzində isə bu etibarsız adam öz ağsaqqalının ayağının altını qazmaqla “borcunu qaytarır”:
“Mən də hər zaman Əli Həsənova dəstək verirdim. Amma sonradan Əli Həsənov elədiyim bütün yaxşılıqları unudaraq, ayağımın altını qazmağa başladı”.
Məlumdur ki, Əli Nağıyev öz emossiyalarını gizlədən biri deyildi və həmin müsahibəsində çörək verdiyi adamı “yağlı təriflə vəsf etməyi də” unutmamışdı: “Bilirsiniz, xəyanətkarı Allah heç zaman bağışlamaz. Əsl kişi yediyi qaba tüpürməz” və s.
Bəs vaxtilə Əli Nağıyevin xalası oğlunun dəftərini daşımaqla evinə çörək aparan, ac uşaqlarını doyuran Əli Həsənovun indi nələri var?
Siyahını olduğu kimi diqqətinizə çatdırıram. Oxuyun, görün, “xaç atasını” və digər əqidədaşlarını Ramiz Mehdiyevə, dolayısıyla Moskvaya satmaqla Əli Həsənov necə qaz vurub qazan doldurub. Bir də utanıb-qızarmadan “mənim Ramiz Mehdiyevlə nə əlaqəm var” deyir”.
Heydər Oğuz 5-ci kolonun dəftərdaşıyan, ayaqqabı cütləyən üzvü kimi təqdim etdiyi Əli Həsənovun gözdən yayınmayan mülkiyyətini təqdim edib:
1. Bakı şəhərində “Dostluq V” yaşayış kompleksi (7 blok, 18 mərtəbə)
2. Bakı şəhərində “Evrostroy SS” yaşayış kompleksi – 12 bloklu 16 mərtəbələrdən ibarət olan 2 kompleks
3. Bakı şəhərində “Rahatlığın məkanı”– Goldyaşayış kompleksi- 25 blok
4. Bakı şəhərində Araz 2011 yaşayış kompleksi
5. Bakı şəhərində H.Əliyev prospektində 6 bloklu yaşayış kompleksi
6. Bakı şəhərinin Nərimanov rayonunda, Çanaqqala restoranı ilə üz-üzə 5 bloklu bina
7. Bakı şəhərinin Ceyhun Hacıbəyli küçəsində “Araz” İnşaat tərəfindən tikilən yaşayış kompleksi
Obyekt olaraq tikilərək icarəyə verilmiş daşınmaz əmlaklar:
1. Nərimanov rayonunda Ağa Nemətulla küçəsində 5 ədəd qeyri yaşayış sahəsi. Hər biri 3-5 min kv m
2. Nərimanov rayonu Atatürk prospekti 6-8 ünvanında Araz şirkətinin yerləşdiyi 2 mərtəbəli ofis binası
3. Ziya Bünyadov prospektində 31 ədəd qeyri yaşayış sahəsi (Beton zavod, mağazalar və s.)
4. Nərimanovda köhnə erməni qəbristanlığı ərazisində 3 futbol stadionu
5. Nərimanov rayonu İqtisad Universiteti ilə üz-üzə 10 000 kv m ərazisi olan Avto-Qalereya
6. Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində 4 ədəd obyekt (Hilal Elektrik binası və yanındakı 3 bina)
7. Nərimanov rayonu, Təbriz küçəsində 3 qeyri-yaşayış sahəsi
8. Azadlıq prospektində inşa edilmiş otel binası
Restoranlar:
1. Fəvvarələr meydanında Cook Zone restoranı
2. Park Bulvar və Metroparkda Big Chef və fast food restoranlar şəbəkəsi
3. Nərimanov rayonu, Atatürk parkında Park restoranı
4. Nərimanov rayonu, Atatürk parkında Beer House restoranı
5. Nərimanov rayonu, Atatürk parkında Garden restoranı
6. Nərimanov rayonu, Həsən Əliyev küçəsinin Q.Murad küçəsi ilə kəsişməsində 50 sot ərazidə Şadlıq evi və Gecə klubu kompleksi
7. Nərimanov rayonunda yerləşən Hamam Kompleksi


8. Nərimanov parkı ərazisində 3 ədəd restoran və oyun attraksionları
Dövlət hesabına tikilərək mənimsənilmiş obyektlər:
1. Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 3A ünvanında dövlət hesabına tikilərək mənimsənilmiş 12 000 kv m qeyri-yaşayış sahəsi
2. Nərimanov rayonu, Heydər Əliyev prospektində dövlət hesabına tikilmiş 5 binada qohumlarının adına yazdırdığı 10 ədəd mənzil (Zamin, Azər, Zahid, Fərasət və digər qohumlar)
Villalar:
1. Əhməd Rəcəbli küçəsində Hilal Elektrik mağazasının arxasında tikilmiş 3 ədəd 4 mərtəbəli villa
2. İstanbulun lüks səmtində boğaz mənzərəli qəsr (Qiyməti 25 milyon ABŞ dolları)
3. Şamaxıda 4 ədəd villa
4. Novxanıda 2 ədəd villa
5. Nərimanovda köhnə erməni qəbristanlığı ərazisində 6 ədəd villa
Digər obyektlər:
1. Zavod - İstanbulda Mercedes markalı yük maşınları istehsal edən zavod (dəyəri 120 milyon ABŞ dolları)
2. Kənd təsərrüfatı - Ramanıda 10 ha ərazidə, 1000 baş heyvanın saxlandığı ferma
3. Gecə klubu - Nərimanov rayonunda Las Vegas gecə klubu
4. Nərimanov rayonda 30 ədəd ticarət köşkü və avtoyuma
5. Nərimanov metrosu üzərində 4 ədəd qeyri-yaşayış sahəsi
Heydər Oğuz qeyd edib ki, iddialara görə, Əli Həsənovun siyahısını təqdim etdiyim mülkiyyətinin qiyməti 2 milyard dollardan çoxdur. (Mənbə: Sfera.az)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Oktyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri