“Zəngəzur Türkiyədən türk dünyasına uzanan yeni inteqrasiya xəttidir”
Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Biz artıq Cənubi Qafqazda münaqişə deyil, sülh və əmin-amanlıq görmək istəyirik”.
Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran zaman deyib.
O bildirib ki, regionda daimi sülh hamının xeyrinə olacaq:
“Azərbaycanla Ermənistan arasında sülhün üfüqdə olmasından məmnunuq. Biz bu prosesi yaxından izləyirik. Biz də lazımi töhfəmizi veririk. Əldə olunacaq sülh Azərbaycan, Ermənistan və ölkəmiz üçün dəyərli olacaq. Biz həm də sülh prosesini ehtiyatlı şəkildə həyata keçirəcəyik, həm də normallaşma prosesini Ermənistanla normallaşdırdıqca görəcəyik, ölkələr bundan cüzi də olsa faydalanır”, - deyə siyasətçi vurğulayıb.
Ərdoğan qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycan üçün təkcə Naxçıvanla quru əlaqəsi deyil, həm də Türkiyə üzərindən türk dünyasına uzanan yeni inteqrasiya xəttidir:
“Qısa müddətdə bu dəhlizin açılması Cənubi Qafqazda nəqliyyat və enerji infrastrukturunu da gücləndirəcək. Biz qonşumuz İrandan bölgəmizdə sülhə, əmin-amanlığa və inkişafa xidmət edəcək bu addımları dəstəkləməsini gözləyirik. Əslində biz onların da bu mühitdən faydalanmalarını istəyirik. Atılan hər addım, açılan hər qapı və dəhliz iqtisadi qazanc verəcək və zaman keçdikcə ölkələri bir-birinə daha da yaxınlaşdıracaq”, - deyə siyasətçi əlavə edib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 29 May 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















