Icma.az
close
up
RU
İran üçün qərar vermək çox çətindir: Bir tərəfdən İsrailin hücumları, digər tərəfdən ABŞ nin “danışaq” siqnalı

İran üçün qərar vermək çox çətindir: Bir tərəfdən İsrailin hücumları, digər tərəfdən ABŞ nin “danışaq” siqnalı

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp yenidən hakimiyyətə qayıtdıqdan sonra İranla artıq üç dəfə dolayısı təmas qurub. Lakin bu danışıqlar gözlənilən nəticələri verməyib.

İndi isə vəziyyət daha gərgindir: İsrail və İran arasında silahlı qarşıdurma açıq savaşa çevrilib. Bu şəraitdə Trampın komandasına İranla təcili görüş təşkil etməyi tapşırması dünya mediasında ciddi rezonansa səbəb olub.

Bakıvaxtı.az məsələyə politoloq Züriyə Qarayeva ilə aydınlıq gətirməyə çalışıb.

Onun sözlərinə görə, Tramp artıq beş aydır ki, yenidən ABŞ Prezidentidir və xarici siyasətdə “nəzarəti bərpa” strategiyası izləyir. İranla aparılan əvvəlki üç danışıqda irəliləyiş əldə edilmədiyi üçün o, indi daha sərt və eyni zamanda açıq diplomatik format axtarır. Tramp həm bölgədə eskalasiyanı nəzarətə almağa, həm də ABŞ-nin Yaxın Şərqdə strateji liderliyini gücləndirməyə çalışır.

İsraillə gedən müharibə fonunda İranın ABŞ-la danışıqlara getmə ehtimalından danışan politoloq qeyd edib ki, mövcud şəraitdə Tehran üçün qərar vermək çox çətindir:

“Bir tərəfdə İsrailin davam edən hava və raket hücumları, digər tərəfdə isə ABŞ-dən gələn “danışaq” siqnalı. İran teokratik sistem olsa da, daxildə ciddi siyasi fraksiyalar var. Bir hissə ABŞ-la danışığın zərurətindən, digəri isə belə bir addımın “milli ləyaqətə zidd” olmasından danışır. Amma İranın iqtisadi təcrid və hərbi təzyiq altında olduğu reallığı onu yeni balans axtarışına məcbur edə bilər”.

Bəs bu görüş baş tutarsa, hansı nəticələr gözlənilə bilər?

Müsahibimiz bildirib ki, əgər görüş baş tutarsa, ilk növbədə hərbi gərginliyin azaldılması gündəmdə olacaq. Qarayevaya görə, Trampın istəyi budur ki, İran İsrailə qarşı müharibəni dayandırsın və Yaxın Şərqdə ABŞ-nin maraqlarına təhlükə yaratmasın. İran isə əvəzində müəyyən sanksiyaların yumşaldılması və regiondakı təsir imkanlarının tanınmasını tələb edə bilər. Bu, tam razılaşma olmasa da, müvəqqəti atəşkəs və ya qarşılıqlı güzəştli anlaşma şəklində ola bilər.

Züriyə Qarayeva: Trampın istəyi budur ki, İran İsrailə qarşı müharibəni dayandırsın və…

İsrailin bu prosesə necə reaksiya verəcəyinə gəlincə, həmsöhbətimiz qeyd edib ki, İsrail bu görüşlərə kəskin şəkildə qarşı çıxacaq:

“Onların əsas narahatlığı budur ki, ABŞ İranla danışıqlarda güzəştə gedə bilər. İsrail uzun müddətdir ki, İranın nüvə imkanlarının sıfırlanmasını və SEPAH-ın regiondan çıxarılmasını tələb edir. Əgər bu məsələlər Tramp-İran razılaşmasında zəiflədilərsə, İsrail özbaşına hərbi əməliyyatları davam etdirə bilər və bu, bölgəni daha təhlükəli müharibəyə sürükləyə bilər”.

“Trampın seçki sonrası siyasətində bu addım daxili auditoriya üçün nə ifadə edir” sualını cavablandıran Z.Qarayeva bildirib ki, Tramp üçün bu, həm daxili, həm də xarici auditoriyaya mesajdır: “Mən regionda sabitlik gətirə biləcək yeganə liderəm”. ABŞ ictimaiyyətində uzunmüddətli Yaxın Şərq müharibələrinə qarşı narazılıq var. Tramp bunu bilir və İranla razılaşma əldə edərək həm müharibəni önləmək, həm də qlobal liderlik iddiasını gücləndirmək istəyir. Bu, onun üçün həm siyasi, həm də diplomatik dividendlər yarada bilər.

“Bu, tərəflərin nə qədər güzəştə hazır olduğundan asılıdır. Əgər İran öz təhlükəsizlik sərhədlərini qorumaq şərtilə müəyyən kompromisə hazırdırsa və Tramp da daxili seçki ritorikasını bir qədər kənara qoyub real diplomatiya yürüdərsə, müəyyən nəticələr mümkündür. Amma hazırkı müharibə şəraitində bu proses son dərəcə risklidir və zəmanətli nəticə verməyəcək”, - deyə Züriyə Qarayeva vurğulayıb.

Zülfü Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 İyun 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri