Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

İran üçün yolun sonu görünür: Üç aviadaşıyıcı müharibə deməkdir

İran üçün yolun sonu görünür: Üç aviadaşıyıcı müharibə deməkdir

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Tehran Universitetinin sabiq professoru və politoloq Əhməd Nakibzadə Qərbin, xüsusilə ABŞ və İsrailin İran rejiminin əsas dayaqlarını zəiflətmək məqsədilə tədricən və planlı şəkildə işlədiyi bir strategiyanı həyata keçirdiyini bildirib.

“Bu, birbaşa hərbi münaqişəyə girmək deyil, hakim elitanın əsas təmsilçilərini sıradan çıxarmaq, strateji obyektləri zəiflətmək və nəticədə ölkəni daxildən çökdürmək üzərində qurulub”,- deyə o bildirib. Ə. Nakibzadə İslam Respublikasının süqutunun müharibə nəticəsində deyil, daxili siyasi və iqtisadi tənəzzüllə reallaşa biləcəyini, bu prosesin SSRİ-nin süqutuna bənzər bir şəkildə inkişaf edəcəyini vurğulayıb. 

Lakin hakim elita arasındakı güc mübarizəsi və artan xalq-iqtidar uçurumu ölkəni idarəolunmaz vəziyyətə gətirə bilərmi? Daha da əhəmiyyətlisi, əgər İran bu şəkildə zəifləyərsə, regiondakı güc balansı necə dəyişəcək? Bütün bu məsələlər, İranın yaxın gələcəkdə qarşılaşacağı potensial ssenariləri daha ətraflı şəkildə araşdırmağı zəruri edir.

Nakibzadənin proqnozları sadəcə fərziyyə deyil, həm də İran siyasətində gedən real prosesləri ortaya qoyan xəbərdarlıqdır. Əgər bu tendensiya davam edərsə, İranın gələcəyi ciddi təhlükə altına girə bilər və həm daxili, həm də xarici faktorlardan qaynaqlanan böhran ölkənin geosiyasi sabitliyini daha da poza bilər. 

Mövzu ilə bağlı "Cümhuriyət"-ə açıqlamasında İsraili politoloq Avraaham Şmuleviç bildirib ki, SSRİ-nin dağılması hakim elitanın bir hissəsinin rejimə qarşı çıxmasından qaynaqlandı:

"Onlar hesab edirdilər ki, Qərb yolunu seçsələr, həyat səviyyələri daha yüksək olar. Digər tərəfdən, dövlətçi düşüncəyə sahib olan elita düşünürdü ki, Rusiya texnologiya və silahlanma yarışında tamamilə geri qalır və Qərblə qarşıdurmada məğlub olub. Əgər Qərblə birbaşa hərbi münaqişə baş versə, bu, həm ölkə, həm də onlar üçün pis nəticə verəcək. Silahlanmaya prioritet vermək imkanı artıq mövcud deyildi.

Elita anlayırdı ki, iqtisadi modeli dəyişmədən davam etsələr, iqtisadiyyat tamamilə çökəcək və ölkə iqtisadi baxımdan dağılacaq. Eyni vəziyyət bu gün İran üçün də keçərlidir. İran hazırda iqtisadi böhranın içərisindədir, inkişaf etmiş ölkələrdən texnoloji baxımdan ciddi şəkildə geri qalır. Əhalinin 50%-dən də çoxu, hazırkı rejimin dəyərlərini bölüşmür və ona qarşı çıxır. Üstəlik, İranda milli problemlər də mövcuddur və onlar SSRİ-də olduğundan da daha qabarıqdır.

Məsələn, rəsmi statistikaya görə, İranda farslar 50%-dən çox təşkil edirlər, lakin reallıqda bu rəqəm daha az ola bilər. SSRİ-də olduğu kimi, İranda da əhalinin böyük bir hissəsi hakim ideologiyanı qəbul etmir. Bu, xüsusilə hakimiyyət daxilində olan şəxslərə də aiddir. Rejim isə qorxu və repressiv aparatın gücü hesabına ayaqda qalır".

 “İran rejimi hansı ssenari ilə dağıla bilər?” sualına cavab verən politoloq bildirib ki, Qərb və İsrail eyni mövqedən çıxış edir:

“Onlar hesab edir ki, İran rejiminin sürətli , nəzarətsiz çökməsi təhlükəlidir. Çünki bu, qeyri-müəyyən nəticələrə səbəb ola bilər: qaçqın axını, vətəndaş müharibələri və s. Qərb İranda dəyişikliklər istəyir, lakin əsas diqqət İranın bütövlüyünü qorumaq istəyən müxalif qüvvələrə yönəldilir və məhz onlar dəstəklənir. İranın şah ailəsi kifayət qədər populyardır. İranın varis şahzadəsi və kral ailəsinin üzvləri hazırda ABŞ-də yaşayır. Onlar yaxın zamanda İsrailə səfər ediblər və bu, onların ilk səfəri deyil. İsrail onlara dəstək verir.

İsrailin mövqeyi müəyyən mənada SSRİ dövründə Qərbin apardığı informasiya siyasətinə bənzəyir. O zamanlar “Amerikanın Səsi”, BBC, “Azadlıq” kimi radiostansiyalar sovet cəmiyyətində böyük təsir gücünə malik idi. Bu, müasir İrana da aiddir, lakin burada ən böyük nüfuza malik informasiya resursu “İsrailin Səsi”dir. Bu radio, fars dilində yayımlanan ən populyar stansiyalardan biridir və İranda geniş dinləyici auditoriyası var. Yəni SSRİ modelinə uyğun olaraq, rejimin müəyyən bir hissəsi ideoloji vektorun tamamilə dəyişdirilməsinə səbəb olur, hakim ideologiya kənara atılır və nəticədə aqressiv xarici siyasət yürüdən dövlət vaxtilə SSRİ-də olduğu kimi, öz aqressiv siyasətindən imtina edir.

Bunun əvəzinə, Qərbdən iqtisadi yardım alır, nüfuzlu diplomatik klublara daxil olur. SSRİ-nin G8-ə qəbul edilməsi buna bir nümunədir. Bu proses Rusiya yenidən aqressiv siyasətə qayıdana qədər davam etdi. İranda da oxşar ssenari mümkündür. Hətta bu proses daha asan baş verə bilər, çünki SSRİ-də kommunist ideologiyasına real alternativ yox idi. Digər solçular, məsələn, troçkistlər, ümumiyyətlə, aktual deyildilər. Lakin İranda belə alternativlər var. Birincisi, şiəliyin öz daxilində fərqli baxışlar var. Ayətullah Xameneyi şiəliyi reformalaşdıran şəxs idi.

O, "Vilayəti-Fəqih" konsepsiyasını təqdim edərək, şiə ruhanilərinin siyasi hakimiyyəti ələ almasını nəzərdə tutmuşdu. Bu, şiə təlimində inqilabi bir yenilik idi. Lakin Xameynidən əvvəl bir çox nüfuzlu ayətullahlar bu dəyişikliklərə qarşı çıxırdılar. Onların bəziləri susmağa məcbur edildi, digərləri isə aradan götürüldü. Məsələn, Ayətullah Müntəziri buna nümunədir. Şiə məzhəbi daxilində belə alternativ yanaşmalar İslam ideologiyasının fərqli modellərinin mümkün olduğunu göstərir.

Bundan əlavə, İranda monarxiya ideyaları da tamamilə ölməyib. Şah ailəsinin tərəfdarları və monarxizmi dəstəkləyən qüvvələr var. Üstəlik, İranın tamamilə Qərb tipli sekulyar dövlətə çevrilməsini istəyən güclü siyasi qüvvələr və müxalif qruplar da var”. 

Ekspert qeyd edib ki, Qərb və İsrail hazırkı rejimi devirməyə hazır qüvvələri tapıb dəstəkləyir:

“Nəticədə, İranın bütövlüyü qorunacaq, ölkə qonşularla sülh şəraitində yaşayacaq və daxili repressiyalar zəifləyəcək. Bu, bir variantdır. Lakin hazırkı hakimiyyət bunu təhlükə kimi görür və anlayır ki, belə bir ssenari onların tam məhvi ilə nəticələnə bilər. Bu səbəbdən, bəzi rejim nümayəndələri üçün müharibə sülhdən daha sərfəlidir.

Onlar vəziyyəti daha da gərginləşdirməyə, hətta birbaşa hərbi münaqişəyə getməyə hazırdırlar. Əvvəllər onların belə bir illüziyası var idi ki, xarici düşmənlə müharibə rejimi daxildən gücləndirəcək. Lakin bu gün göründüyü kimi, belə bir konsolidasiya baş verməyəcək. İran daxilində sosial şəbəkələrdə və etiraz aksiyalarında rejimə qarşı səslənən çağırışlar bunu açıq şəkildə göstərir. Başqa sözlə, əgər İran Qərblə hərbi münaqişəyə girsə, ölkə daxilində çoxsaylı qüvvələr məhz İsrailin və Amerikanın tərəfini tutacaq. Artıq daxildə rejimə qarşı silahlı müqavimət qrupları getdikcə güclənir.

Lakin rejim daxilində hələ də İranın hərbi yolla qorunmasını dəstəkləyən qüvvələr var. Onlar hesab edirlər ki, ABŞ İranı tamamilə işğal etməyəcək və müəyyən bir formada sağ qalmaq mümkün olacaq. Onların əsas məqsədi isə "İslam inqilabının ideallarını" qorumaq və öz şəxsi rifahlarını saxlamaqdır. Bu, çox riskli bir strategiyadır, çünki İran əhalisinin böyük bir hissəsi xarici müdaxilə baş verərsə, silaha sarılıb rejimə qarşı çıxmağa hazırdır. İranı işğal etməyə belə ehtiyac qalmayacaq, əgər Qərb müxalif qüvvələrə silah versə,  ayətullahları devirməyə kifayət edəcək”.

Politoloq vurğulayıb ki, əgər İran bu tələbləri yerinə yetirməsə, ABŞ hərbi güc tətbiq etməyə tam hazırdır: 

“ABŞ artıq İran sahillərinə üçüncü aviadaşıyıcı qrupunu yerləşdirib. Qarsiya adasına B-2 Spirit bombardmançı təyyarələri gətirilib ki, onlar nüvə silahı daşımaq qabiliyyətinə malikdir. İran sahillərində iki aviadaşıyıcı qrup yerləşir. Bunlardan biri – "Truman" daimi olaraq bölgədədir. "Vincent" isə bu gün-sabah bölgəyə çatacaq. Amerikanın hərbi gücünü izah edən klassik bir ifadə var: əgər bölgədə bir aviadaşıyıcı varsa, bu, təhlükədir, iki aviadaşıyıcı güc nümayişidir, üç aviadaşıyıcı isə müharibə deməkdir. Hazırda iki aviadaşıyıcı artıq bölgədədir və üçüncüsü də yaxınlaşır.

Həmçinin Diaqo-Qarsiyaya yeni qüvvələr yeridilir. Bu isə açıq şəkildə müharibəyə hazırlıq əlaməti kimi qiymətləndirilə bilər. İsrailin nüvə silahı var, Onun istifadəsi ehtimalı azdır, lakin heç nəyi istisna etmək olmaz. ABŞ İsrailə ən güclü bunkerə qarşı bombalar verib. Bunlardan biri "Massive Ordnance Penetrator" adlanan və nüvə silahından sonra ən dağıdıcı qeyri-nüvə silahı hesab olunan bombadır. Bu bomba 10-11,5 ton ağırlığında olub, hər cür bunker və yeraltı obyektləri məhv edə bilər. Partlayışın təsir radiusu təxminən 1,5 kilometrdir". 

Şmuleviç bildirib ki, ABŞ və İsrailin hədəfi ilk növbədə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) əsas bazalarına və liderləri olacaq:

"Bu, İsrailin əvvəllər "Hizbullah" və HƏMAS liderlərinə qarşı həyata keçirdiyi əməliyyatlara, eləcə də ABŞ-nin general Süleymanini məhv etməsinə bənzəyən bir ssenari ola bilər. Daha sonra isə iki ehtimal var: ya İranda hakimiyyət daxilində parçalanma baş verəcək və hakimiyyətdə qalan qruplar rejimin qorunmasını deyil, öz həyatlarını üstün tutacaqlar, ya da daxili siyasi böhran dərinləşəcək və silahlı üsyan baş verəcək. İranda hakimiyyətin nəsil dəyişikliyinə getməsi qaçılmazdır. Xameneyinin 85 yaşı var və onun varisi uğrunda mübarizə gedir.

Əsas namizədlərdən biri onun oğlu, digəri isə İmam Xameneyinin nəvəsidir. Onlar da indiki ideologiyanı təmsil edirlər, lakin ola bilsin ki, daha praqmatik siyasət yürüdərlər. Lakin onların yerinə ölkə elitasından elə şəxslər də gələ bilər ki, Qərblə konfrontasiya yerinə, ölkənin bütövlüyünü qorumağı üstün tutsunlar. Əgər bu dəyişiklik baş verməsə və İran rejimi repressiyaları gücləndirsə, ölkədə milli-etnik iğtişaşların baş qaldırması ehtimalı artır. Çünki İran əhalisinin 50%-i milli azlıqlardan ibarətdir. Məsələn, Sovet İttifaqında milli qarşıdurmalar məhdud idi, çünki ruslar demək olar ki, dominant etnik qrup idilər. SSRİ-nin dağılması zamanı mərkəzi hakimiyyətin güc tətbiq etməməsi böyük miqyaslı etnik münaqişələrin qarşısını aldı.

Lakin buna baxmayaraq, Dnestryanı, Çeçenistan və digər münaqişələr baş verdi. İranda isə vəziyyət fərqlidir. Burada əhalinin əhəmiyyətli hissəsi etnik azlıqlardır və onların separatçı meylləri var. Dörd əsas etnik qrupun – azərbaycanlıların, ərəblərin (Xuzistan), bəlucların və kürdlərin müstəqillik arzuları var. Bu səbəbdən, əgər İran rejimi Qərblə açıq münaqişə yolunu seçsə və ölkədə daxili sabitliyi qoruya bilməsə, ölkənin parçalanması ehtimalı real ola bilər. Hazırda Qərb ölkələri bu ssenarini dəstəkləmir. Lakin əgər İranın ali rəhbərliyi repressiyaları gücləndirib ABŞ və İsraillə münaqişəni dərinləşdirərsə, bu ssenari də gündəmə gələ bilər. Əgər İran ABŞ və İsraillə hərbi qarşıdurmaya girsə, Rusiya onu müdafiə etmək üçün hərbi gücdən istifadə etməyəcək.

Əksinə, belə bir ehtimal var ki, Moskva İranı Qərblə sövdələşmə predmetinə çevirsin və bunun müqabilində ABŞ-dən güzəştlər əldə etməyə çalışsın. İranın Ukraynaya dəyişdirilməsi real görünmür, çünki Qərb buna razı olmaz. Lakin müəyyən sanksiyaların yumşaldılması Moskva üçün cəlbedici təklif ola bilər.

İranın üçüncü müttəfiqi isə Ermənistandır. Qeyd etmək lazımdır ki, İranın xarici işlər naziri İrəvana səfər edib. Amma Ermənistanın bu məsələdə İrana ciddi bir dəstəyi mümkün deyil. İran Ermənistan iqtisadiyyatına əhəmiyyətli dərəcədə nəzarət edir. Lakin Ermənistanla İranın ABŞ və İsrailə qarşı alyans qurması absurd görünərdi”. 

Səbinə Uğur 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Aprel 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri