Icma.az
close
up
RU
TikToku qapadsaq, interneti də bağlamalıyıq KONKRET

TikToku qapadsaq, interneti də bağlamalıyıq KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

TikTokun cəmiyyətə mənfi təsirləri ilə bağlı müzakirələr artmaqdadır. Bəzi dairələr platformanın bağlanmasını belə təklif edir. Bəs bu nə dərəcədə mümkündür?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net portalının yaradıcısı, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, tarix boyunca yeni texnologiyalara qarşı əvvəlcə müqavimət göstərilib, lakin zamanla onların faydası qəbul olunub.

Onun sözlərinə görə, sosial şəbəkələrin, internetin, süni intellektin və yeni kommunikasiya formatlarının sürətli inkişafı bir çox insanlarda qorxu və narahatlıq yaradır. Xüsusilə, TikTok-un qısa zamanda populyarlaşması, yeni nəsil tərəfindən əsas platformaya çevrilməsi dünya ölkələri arasında rəqabəti artırıb.

“TikTok həm görüntü, həm interaktivlik, həm də qazanc imkanlarına görə ən müasir formatdır. ABŞ və Çin arasında aparılan rəqabət də göstərir ki, bu platforma artıq böyük qlobal təsir gücünə malik bir media vasitəsidir”, – deyə Əbilov qeyd edib.Ekspert qeyd edir ki, əgər TikToku bağlamaqdan danışırıqsa, onda interneti də bağlamalıyıq.

“Bu, geriyə dönüşdür. Tiktok Azərbaycanın vizual və virtual arxivinə çevrilib – Qarabağ həqiqətləri, mədəniyyətimiz, adət-ənənələrimiz barədə çoxlu kontent məhz burada toplanıb. Onun bağlanması Nizami və Füzulinin portretlərini tapa bilməmək kimi bir boşluq yaradacaq”.

Aydın Xan Əbilov hesab edir ki, TikTokla mübarizə yox, ona nəzarətin gücləndirilməsi lazımdır. Bu məqsədlə dövlət tərəfindən xüsusi fondun yaradılmasını təklif edir:

“Həm milli dəyərlər, həm turizm, həm də mədəniyyətimizlə bağlı ciddi kontentlər hazırlanmalı, TikTokun Azərbaycan seqmenti intelektual səviyyəyə qaldırılmalıdır. QHT-lər və dövlət qurumları bu sahəyə ciddi vəsait ayırmalıdır”.

Ekspertin fikrincə, platformanın inkişafı düzgün idarəetmə və nəzarətlə mümkündür:

“Facebook kimi zəifləməməsi üçün TikTokun inkişafında maraqlı olmalıyıq. Hətta Azərbaycan gələcəkdə TikTok formatında öz qlobal platformasını yarada bilər”.

Beləliklə, TikTokun bağlanması real və məntiqli addım hesab olunmur. Mütəxəssisə görə, əsas həll yolu nəzarət, inkişaf və milli kontentin gücləndirilməsidir.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Noyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri