İran və Fransa XİN rəhbərləri arasında telefon danışığı olub
Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İranın xarici işlər naziri Abbas Əraqçı ilə fransalı həmkarı Jan-Noel Barro arasında telefon danışığı baş tutub.
Missiya.Az xəbər verir ki, bu barədə İran XİN rəhbəri özünün “Teleqram” kanalında məlumat yayıb.
Bildirilir ki, tərəflər söhbət zamanı nüvə danışıqları və regional proseslərlə bağlı son hadisələri müzakirə ediblər.
Məlumata görə, Əraqçı Avropa ölkələrinin, xüsusilə Fransanın İrana qarşı yeni sanksiyalarla bağlı addımlarını tənqid edərək, onları əsassız və təxribatçı adlandırıb.
İran XİN başçısı Almaniya, Fransa və Britaniyanın bu qətnaməsini MAQATE-nin Rəhbərlər Şurasının iclasında təqdim etmək qərarını pisləyib və deyib ki, bu addım Tehranın Agentliklə əlaqələrində yaradılmış müsbət atmosferə ziddir.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 20 Noyabr 2024 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















