İran və Hindistandan 3 manata gətirilən sarıkök marketlərdə 30 manata satılır
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Bu ilin ilk 10 ayı ərzində Azərbaycana xarici ölkələrdən 547,23 ton sarıkök idxal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan sarıkökün 1 kiloqramının orta gömrük dəyəri 1,8 dollar (3 manat) olub.
Qeyd edək ki, idxal olunan sarıkökün 99 faizi iki ölkədən – Hindistan və İrandan gətirilib. Hindistandan 327,8 ton sarıkök idxal olunub və 1 kiloqramının orta gömrük dəyəri 1,95 dollar (3,3 manat) olub. İrandan isə 213,1 ton sarıkök idxal olunub və 1 kiloqramının orta gömrük dəyəri 1,35 dollar (2,3 manat) olub.
Onu da qeyd edək ki, xaricdən idxal olunan sarıkökün 1 kiloqramının orta satış qiyməti marketlərdə 30 manatdan baha satılır.
Açıqlanan rəqəmlərdən də göründüyü kimi, idxal olunan sarıkök marketlərdə gömrük dəyərindən (ölkəyə daxil olma qiyməti) 10 dəfə baha qiymətə satılır.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Xaricdən 3 manata alınan sarıkök marketlərdə 30 manata satılır Rəsmi statistika
26 Oktyabr 2025 20:00
Xaricdən 9 manata gətirilən kakao tozu marketlərdə 33 manata satılır
04 Mart 2025 19:15
İrandan 85 qəpiyə gətirilən badımcan marketlərdə 2 manata satılır
17 Fevral 2025 13:44
Xaricdən 8 manata gətirilən təbii bal marketlərdə 38 manata satılır Rəsmi açıqlama
20 Aprel 2025 19:50
Vitrində qapqara mazut rəngində olur Azərbaycanda Hindistandan gətirilən ətlər satılır?
14 Oktyabr 2025 03:13
Baxış sayı:21
Bu xəbər 29 Dekabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















