Icma.az
close
up
RU
İran və İsrail bir birinə hücum etməmək barədə razılığa gəlib

İran və İsrail bir birinə hücum etməmək barədə razılığa gəlib

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

İran və İsrail 2025-ci ilin dekabr ayının sonunda bir-birinə zərbə endirməmək barədə razılığa gəlib.

Turkustan.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Dekabrın sonunda, İranda etirazlar başlamazdan bir neçə gün əvvəl İsrail hakimiyyəti Rusiyanın vasitəçiliyi ilə İran rəhbərliyinə bildirib ki, əgər İsrailə ilk olaraq hücum edilməsə, onlar İrana zərbə endirməyəcəklər. Region ölkələrinin diplomatları və rəsmilərinin sözlərinə görə, İran Rusiya kanalı vasitəsilə cavab verib ki, qabaqlayıcı zərbə endirməkdən çəkinəcək", - deyə WP qeyd edib.

Qəzetin mənbələri bildirir ki, bu hadisə İsrailin Livandakı "Hizbullah" hərəkatına qarşı genişmiqyaslı hərbi kampaniyaya hazırlaşdığı vaxt baş verib.

Nəşrin iki həmsöhbəti əlavə edib ki, İran İsrailin təklifinə müsbət reaksiya verib. Lakin Tehranda buna yenə də ehtiyatla yanaşıblar, çünki İsrailin zəmanətləri ABŞ-nin sonradan İsrail hərbçiləri ilə koordinasiyalı şəkildə İrana zərbə endirməsi ehtimalını istisna etmirdi.

Buna baxmayaraq, WP yazır ki, İran şəhərlərindəki etirazlar fonunda İsrail və İranın bu qeyri-rəsmi razılaşmalara münasibətinin dəyişib-dəyişmədiyi qaranlıq qalır. Həmçinin İsrailin razılaşmadan imtina edib ABŞ-nin İrana qarşı mümkün zərbələrinə qoşulub-qoşulmayacağı da bəlli deyil.

Yanvarın əvvəlində İsrailin "Kan" telekanalı diplomatik mənbələrə istinadən xəbər vermişdi ki, İsrailin Baş naziri Benyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə son söhbətində ondan Tehrana İsrail tərəfinin İrana hücum etmək niyyətində olmadığı barədə mesajı çatdırmağı xahiş edib. "Kan" bunu İranın İsrail tərəfindən hücumun qaçılmaz olduğunu düşünərək ilk zərbəni endirməsi ssenarisinin qarşısını almaq cəhdi ilə əlaqələndirib. /Report/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Yanvar 2026 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri