İran və Rusiya Fars körfəzinədək dəmir yolunun çəkilişini müzakirə edirlər
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
İran və Rusiya rəsmiləri Azərbaycanla sərhəddəki Parsabad şəhərindən Fars körfəzinin sahilindəki Bəndər-Abbas şəhərinə qədər dəmir yolunun inşasını müzakirə edirlər.
Avtosfer.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali bildirib.
"Rəşt-Astara dəmir yolu xəttinə əlavə olaraq, rusiyalılar Parsabad ilə Bəndər-Abbas arasında dəmir yolunun tikintisinə sərmayə yatırmaq istəyirlər", - deyə səfir İran Prezidenti Məsud Pezeşkian ilə görüşündə bildirib.
Pezeşkian qeyd edib ki, şimaldan cənuba doğru dəmir yollarının genişləndirilməsi ölkə xalqına, iqtisadiyyata fayda gətirəcək və Rusiya ilə İranın iqtisadi ehtiyaclarını təmin edə bilər. O, Rəşt-Astara marşrutunun tikintisinin sürətləndirilməsi ilə bağlı tapşırıq verib.
(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 17 Noyabr 2024 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















