İran XİN ABŞ ilə gərginliyə dair bəyanat yayıb
Icma.az bildirir, Hurriyyet portalına istinadən.
İran İslam Respublikası dəfələrlə vurğuladığı kimi, region ölkələri ilə heç bir ədavət aparmır və Fars körfəzinin cənub sahilindəki bütün dövlətlərlə qarşılıqlı hörmət, mehriban qonşuluq prinsipləri əsasında dostluq əlaqələrinin tərəfdarıdır.
Hurriyyet.Media xəbər verir ki, bu, İran Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.
"İran İsrailin şərikliyi və bəzi region ölkələrinin iştirakı, o cümlədən öz ərazilərini və imkanlarını təqdim etməsi ilə həyata keçirilən ABŞ hücumlarını qınayaraq, ölkənin milli hüquq və təhlükəsizliyini qorumaq əzmini bir daha vurğulayır", - bəyanatda deyilir.
İran XİN BMT Baş Assambleyasının qətnaməsinə (3314 nömrəli qətnamə) istinad edərək qeyd edib ki, ABŞ-nin bazalarına Tehranın endirdiyi zərbələr heç bir halda həmin ölkələrə hücum kimi qələmə verilə bilməz:
"İran Müctəba Xameneinin rəhbərliyi altında ABŞ-İsrail koalisiyasının hücumu qarşısında milli ləyaqət və müstəqilliyin müdafiəsini davam etdirəcək".
Qeyd olunub ki, Hörmüz boğazında gəmilərə zərbə endirilməsi İrana hücum bəhanəsidir. "Müharibənin sona çatmasına dair (İslamabad -red.) Anlaşma Memorandumunun 5-ci bəndinin müddəalarını bilərək və Hörmüz boğazının cənubundakı məcburi marşrutun icazəsiz, təhlükəli olmasından xəbərdar olaraq bu üç gəmini o marşrutdan keçirməyə çalışıblar", - bəyanatda vurğulanıb.
Daha əvvəl İran XİN-in sözçüsü İsmayıl Bəqai də oxşar bəyanatla çıxış edib.
Baxış sayı:190
Bu xəbər 22 Avqust 2026 04:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















