Icma.az
close
up
RU
İran XİN region ölkələrinə xəbərdarlıq edib

İran XİN region ölkələrinə xəbərdarlıq edib

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

ABŞ-nin region ölkələrindəki hərbi bazaları İrana qarşı hücumlarda istifadə olunacağı təqdirdə, həmin mövqelər İslam Respublikasının qanuni hədəfinə çevriləcək.

Ölkə.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi xatırladıb.

"Biz region ölkələrinə xəbərdarlıq etmişdik ki, əgər ABŞ bazaları İrana qarşı təcavüzdə iştirak edərsə, bizim qanuni hədəfimizə çevriləcək", - o bildirib.

A. Əraqçi vurğulayıb ki, İranın cavabı region ölkələrinin ərazisinə yox, ABŞ bazalarına yönəlib: "Bu kontekstdə Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə davamlı təmaslarımız olub.

Regionun bir çox ölkələri öz hava məkanından və ərazilərindən İrana qarşı istifadə olunmasının əleyhinə idi, lakin təəssüf ki, ABŞ bu imkanlardan bizə qarşı istifadə edib".

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Hazırda problemin aradan qaldırılması üçün ABŞ ilə İran arasında danışıqlar prosesi davam edir.

Qeyd edək ki, Hörmüz boğazına nəzarət ABŞ ilə İran arasında anlaşma memorandumunun razılaşdırılmayan bəndlərindən biridir. Tərəflər bu məsələdə ortaq məxrəcə gələ bilsə, İslam Respublikasının zənginləşdirilmiş uranı ölkədən çıxarması əsas müzakirə mövzusu olacaq. İranın dondurulmuş səhmlərinin sərbəst buraxılması və ölkəyə qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması isə həllə ən yaxın məsələlərdir.

Bundan başqa, digər mübahisəli məsələ İsrailin Livana qarşı hücumlarının dayandırılmasıdır. Qeyd edək ki, İsrail və Livan nümayəndə heyətləri ABŞ-dəki danışıqların nəticələrinə əsasən, atəşkəs rejiminin şərtlərinin yerinə yetirilməsinə dair razılığa gəlib. "Hizbullah" isə ABŞ-nin də dəstəklədiyi Livan-İsrail atəşkəs sazişini rədd edib.(report)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 İyun 2026 23:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri