Icma.az
close
up
RU
İran XİN rəhbəri ABŞ ın sanksiyalarını insanlığa qarşı cinayət kimi tanımağa çağırıb

İran XİN rəhbəri ABŞ ın sanksiyalarını insanlığa qarşı cinayət kimi tanımağa çağırıb

Icma.az, Bizimyol saytına istinadən bildirir.

"Aşağı gəlirli ölkələrdə yüz minlərlə insana təsir edən ABŞ sanksiyaları insanlığa qarşı cinayət kimi tanınmalıdır".

Bizimyol.info xəbər verir ki, bu çağırışı İranın xarici işlər naziri Abbas Əraqçi edib.

“ABŞ və onun tərəfdaşlarının qeyri-insani sanksiyalarını bəşəriyyətə qarşı cinayət kimi tanımağın vaxtıdır. Sanksiyaya məruz qalan ölkələr bu məhdudiyyətlərə vahid cavab formalaşdırmaq üçün səyləri əlaqələndirməlidirlər”, - deyə Əraqçi "X"də yazıb.

Nazir “The Lancet”də dərc olunan araşdırmanın nəticələrinə istinad edib.

Alimlərin nəticələrinə görə, ABŞ və Avropanın iqtisadi sanksiyalarının aşağı gəlirli ölkələrin səhiyyə sistemlərinə mənfi təsiri 1971-ci ildən 2021-ci ilə qədər hər il 560 mindən çox insanın vaxtından əvvəl ölümünə səbəb olub ki, bu da həmin dövrdə hərbi münaqişələrdə illik ölüm göstəricisindən 5 dəfə çoxdur. Araşdırmada dünyanın 152 ölkəsinə qarşı sanksiya halları təhlil edilib.

Tədqiqatçıların fikrincə, Avropa və Amerika sanksiyaları adi vətəndaşlar üçün BMT-nin tətbiq etdiyi məhdudiyyətlərdən daha ağır nəticələrə səbəb olur, çünki Vaşinqton və Brüssel əhalinin həyat şəraitinin pisləşməsini bəyənmədikləri rejimlərin siyasi rəhbərliyinə təzyiq üçün qanuni alət hesab edirlər.

Qadir, Bizimyol.info

P.S: Əraqçinin bu mövzuya dair səsləndirdiyi fikirlər, bir çox insanın düşüncəsində başqa məsələlərə də işarə edir. Məsələn, İslam Respublikasının özü təkcə ölkə daxilində yaşayan rəsmi olaraq elan olunan 30 milyondan (əslindən 40 milyondan) çox azərbaycanlının hüquqlarını tapdalamağa davam edir. Həmin azərbaycanlıların dilini, mədəniyyətini və təhsilini təmin etməyə çalışanlara qarşı müxtəlif təzyiqlər və repressiyalar tətbiq edilir. İnsanların öz dilində danışdığına görə edam olunması, insanlığa qarşı cinayət kimi qiymətləndirilə bilərmi?

Daha da dərinə gedərək, İslam Respublikasının özündən müvafiq olaraq 30 milyonluq xalqın dilini və mədəniyyətini yaşatmaq istəyi, dövlətin qəzəbinə səbəb olur. Məhz bu səbəbdən insanlar həbs edilir, işgəncələrə məruz qalır və öldürülürlər. Bəs bu, dövlətin öz vətəndaşlarının insan hüquqlarını qorumağa, onların hüquqlarını təmin etməyə öhdəlikli olduğu halda, hansı əsasla bu cür repressiv siyasətə icazə verilir?

Əlavə olaraq, İslamın dini prinsipləri, insanın həyatına və şərəfinə qarşı hər hansı zorakılığa qarşıdır. Lakin, gənc qadın Əsmanı "saçı görünür" deyə polis idarəsində döyərək ölümünə səbəb olmaq, bu prinsiplərə nə qədər uyğun gəlir? Yoxsa, sizə görə səfirliyə hücum təşkil edib heç bir günahı olmayan insanları güllələtdirmək insanlığa qarşı cinayət hesab edilmir? Bunlar məhz, bəşəriyyətin əsas qaydalarına və insana hörmətə zidd olan bir haldır. Hətta, dövlətin adında da istifadə edilən dinin özündə də, belə bir hərəkət, qeyri-insani və cinayətkar (günah) bir davranış olaraq qəbul edilir.

Bütün bunlar göstərir ki, "insanlıq cinayəti" barədə danışarkən, yalnız xarici sanksiyaların təsirini deyil, həm də daxili hüquq pozuntularını nəzərə almaq vacibdir. Dövlətlər yalnız başqalarına qarşı tətbiq etdikləri təzyiqləri deyil, öz vətəndaşlarının da hüquqlarını qorumağa və onların həyat şəraitini yaxşılaşdırmağa məsuliyyət daşıyırlar.

Hər bir ölkə, xüsusilə də özünü bəşəriyyətə aid bir tərəf kimi təqdim edənlər, yalnız xarici siyasətində deyil, daxili siyasətində də insan haqlarına hörmət etməli, azlıq və çoxluq, mədəniyyət və dil fərqlərini nəzərə alaraq ədalətli bir sistem qurmalıdır. Çünki insanlıq cinayəti təkcə beynəlxalq sanksiyalarla bağlı deyil, həm də daxili siyasətdə həyata keçirilən zorakılıqlar, insan hüquqlarının pozulması ilə əlaqəlidir. Yalnız həm daxili, həm də xarici siyasətdə ədalətə əsaslanan bir yanaşma bəşəriyyətin inkişafına və sülhün təmin olunmasına xidmət edər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 13 Avqust 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri