İran XİN rəhbəri Azərbaycanla Ermənistanı sülh müqaviləsini tezliklə imzalamağa çağırıb
Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni ilə bağlı əldə olunan razılaşmanı alqışlayır.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi İrəvanda erməni həmkarı Ararat Mirzoyan ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, son aylarda iki ölkə arasında yüksək səviyyəli nümayəndə heyətlərinin mübadiləsi üçün intensiv danışıqlar aparılıb. O, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması məqsədilə tərəflərin yaxından fikir mübadiləsi apardığını vurğulayıb. Abbas Araqçi qeyd edib ki, sözügedən müqavilənin tezliklə imzalanması regionda uzunmüddətli sabitliyə və sülhə töhfə verəcək. İranlı nazir Azərbaycan və Ermənistanı bu sazişi mümkün qədər tez imzalamağa çağırıb: “Biz hər iki tərəfi bu anlaşmanı mümkün qədər tez imzalamağa çağırırıq”.
Abbas Araqçi, eyni zamanda, İranın Cənubi Qafqazda istənilən sərhəd dəyişikliyinin əleyhinə olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 25 Mart 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















