İran XİN rəhbəri Dəməşqdən Ankaraya getdi
Publika.az saytına istinadən Icma.az xəbər verir.
İranın xarici işlər naziri Abbas Əraqçi Yaxın Şərqə səfərini davam etdirmək üçün Dəməşqdən Türkiyəyə yola düşüb.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Qeyd edilib ki, İran XİN rəhbəri Suriyanın ali rəhbərliyi ilə məsləhətləşmələr aparıb.
Xatırladaq ki, Suriyada üsyançılarla ordu arasında qarşıdurma beşinci gündür davam edir. Analitiklərin fikrincə, hökumət qüvvələri 2012-ci ildən bəri ilk dəfə Hələbə nəzarəti itirib. Yaraqlılar Suriya ordusunun silah və texnikasını, o cümlədən Rusiyanın "Pantsir-S1" hava hücumundan müdafiə raket sistemləri və tam sursatı olan "Uraqan" MLRS-nin olduğu ən azı iki hava bazasını ələ keçirib.
Hüseyn İbadlı
Baxış sayı:62
Bu xəbər 02 Dekabr 2024 00:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















