İran XİN: Terrorçuların Suriyadakı hərəkətləri ABŞ və İsrailin planıdır Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az bildirir, Azxeber.com portalına istinadən.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Suriyadakı son vəziyyəti dəyərləndirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Bekayi açıqlamasında son hadisələrin İsrail və ABŞ-nin Qərbi Asiya regionunda sabitliyi pozmaq planının bir hissəsi olduğunu və Astana razılaşmalarının pozulması olduğunu bildirib:
"Son iki gündə Suriyada terrorçu qrupların törətdikləri, terrorçu İsrail rejimi və ABŞ-nin Qərbi Asiya regionunda sabitliyi pozmaq planının bir hissəsidir".
Bekayi Astana razılaşmasına əsasən, Hələbin şimal və şimal-qərbindəki ərazilərinin və İdlibin "münaqişəsiz zona” hesab edildiyini ifadə edib:
"Terror qruplarının bu bölgələrə hücumu Astana razılaşmalasının kobud şəkildə pozulmasıdır”.
Bekayi həmçinin xəbərdarlıq edib ki, beynəlxalq ictimaiyyət tərəfindən Suriyada terror hərəkatları ilə mübarizədə terror fenomeninin qarşısının alınması və onunla mübarizədə hər hansı bir gecikmə, ötən illərdə terrorla mübarizədə əldə edilmiş bütün nailiyyətləri təhlükə altına salacaq.
Oksana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 29 Noyabr 2024 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















