İran yenidən güc tətbiq edə bilər: Blokadanı yarmaq üçün son cəhd
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
İran rəsmiləri Müharibə Tədqiqatları İnstitutunun (ISW) məlumatına görə, blokadanı pozmaq üçün güc tətbiq etməyi düşünürlər.
“Bakupost” xəbər verir ki, təklif olunan bu tədbirlərə neft tankerlərinin regional sulara göndərilməsi və ABŞ blokadasını dəstəkləyən Amerika və regional hədəflərə zərbələr endirilməsi daxildir.
Bundan əlavə, İran daha güclü hərəkətverici sistemləri zərbədən əvvəl manevr edə bilən döyüş başlıqları ilə birləşdirən raket variantları hazırlayır ki, bu da onlara hədəfləri daha dəqiq və daha az ələ keçirmə ehtimalı ilə vurmağa imkan verir.
İran blokadanı yarmaq üçün güc tətbiqinə keçə bilərmi?
Siyasi şərhçi Xəqani Cəfərli “Bakupost”a bildirib ki, blokada İranı təsim olmağa hesablanmış bir strategiyadır:
“Tehran da artıq başa düşür ki, blokada qısa zamanda aradan qalxmayacaq. Qalxmadığı müddətdə də İran iqtisadiyyatı çökməkdə davam edəcək. Qışın gəlişilə ilə isə mövcud vəziyyət ölkədə sosial partlayışa səbəb ola bilər”.
Müsahibimizin fikrincə, mövcud vəziyyətdən çıxmaq üçün Tehran rejiminin iki yolu var:
“Ya ABŞ-yə güzəştə getməlidir. Ya da blokadanı aradan qaldırmaq üçün hansısa hərbi addımlara əl atmalıdır. Amma güzəştə getmək rejim üçün intihara bərabərdir. Ona görə də onlar daha təhlükəsiz yol hesab etdikləri blokadanın hərbi yolla yarılmasına cəhd edə bilərlər. İranın başqa yolu qalmadığından o, buna cəhd edə bilər”.
Ekspert buna cəhd etsə də, İranın blokadanı yara biləcəyinə isə şübhə ilə yanaşır:
“İran buna nail ola bilməyəcək. Çünki İranın güclü hərbi donanma və hərbi hava qüvvələri yoxdur. Dəniz blokadasını yarmaq üçün iki mühüm komponent mütləqdir. Güclü dəniz donanması və güclü aviasiya. ABŞ dünyada ən güclü hərbi donanmaya sahibdir. Bu ölkə faktiki olaraq, dünya sularının 85 faizinə nəzarət edir. ABŞ həmçinin, nəhəng hərbi-hava qüvvələrinə də malikdir. Ona görə də İran sözügedən təşəbbüsdə bulunsa da, fayda verməyəcək. Sadəcə olaraq, İranın başqa yolu yoxdur. Ölümə məhkum olunmuş bir rejimin belə bir “dəliliyə” əl atmaqdan başqa yolu qalmır”.
Rüfət Sultan,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 26 Noyabr 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















