Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

İran yenidən şəkillənir: ABŞ kürd kartı nı işə salır

İran yenidən şəkillənir: ABŞ kürd kartı nı işə salır

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ və İsrailin İranla müharibəsi daha da genişlənir və münaqişənin Yaxın Şərqin hər bir bölgəsində ocaqları müşahidə olunmaqdadır.

ABŞ və İsrail Tehranın bir çox şəhərlərində strateji əhəmiyyət kəsb edən hərbi-siyasi və dövlət obyektlərinə raket zərbələri endirir.

İran isə öz növbəsində bütün bu hücumlara cavab olaraq, ABŞ-nin Körfəz ölkələri – Küveyt, Qətər, Bəhreyn, Səudiyyə Ərəbistanı və BƏƏ-də hərbi bazalarına, bölgədəki neft anbarlarına və İsrailə raket zərbələri yağdırır. 

Hazırkı proseslərlə bərabər artıq İraqda kürd silahlı birləşmələrin İrana qarşı üsyana qaldırılması üçün planlar qurulmaqdadır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İraqdakı kürd liderləri ilə telefonla danışaraq müharibəni və mümkün gələcək hərəkətləri müzakirə edib. 

Üç mənbə "Axios"-a bildirib ki, kürdlər İran-İraq sərhədi boyunca minlərlə əsgər yerləşdirib və müharibə irəlilədikcə həlledici ola biləcək strateji ərazilərə nəzarət edirlər.

İraq kürdlərinin də İranın kürd azlığı ilə sıx əlaqələri var. İki mənbəyə görə, Tramp şənbə günü bombardman kampaniyasının başlamasından bir gün sonra İraqdakı iki əsas kürd fraksiyasının liderləri - Məsud Bərzani və Bafel Tələbani ilə telefon söhbəti aparıb. 

Başqa bir mənbəyə görə, zənglər İsrail Baş naziri Benyamin Netanyahunun aylarla davam edən pərdəarxası lobbiçiliyinin kulminasiya nöqtəsi olub.

Nəşr bildirib ki, İsrail 10 illərdir Suriya, İraq və İrandakı kürdlərlə sıx təhlükəsizlik, hərbi və kəşfiyyat əlaqələri saxlayır - Netanyahu kürdlərin bölgələrdən çıxıb ayağa qalxacağına inanır.

Eyni zamanda, “Tasnim” agentliyi məlumat verir ki, İran Hərbi Hava Qüvvələri İraqın Süleymaniyyə şəhərində yerləşən kürd terrorçu qruplarının qərargahına dron hücumları həyata keçirib. 

Bəzi ekspertlər hesab edirlər ki, hazırkı proseslər fonunda ABŞ və İsrail Yaxın Şərqdə "kürt kartı"dan istifadə etmək niyyətindədir. Onların sözlərinə görə, regionda kürd dövlətinin yaradılması ilə bağlı məsələ masada müzakirə olana bilər.

Politoloq Rəşad Bayramov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, kürd faktoru hər zaman Yaxın Şərqdə böyük güclər üçün mühüm rıçaq rolunu oynayıb:

“Trampın İraqdakı əsas kürd liderləri – Məsud Bərzani və Bafel Tələbani ilə telefon danışığı onu deməyə əsas verir ki, Yaxın Şərqdə onsuz da gərgin olan geosiyasi mənzərəyə yeni çalar əlavə olunur. Tarix göstərir ki, kürd faktoru hər zaman Yaxın Şərqdə böyük güclər üçün mühüm rıçaq rolunu oynayıb.

Xüsusilə, İraqın şimalında formalaşmış Kürdüstan muxtar bölgəsi Vaşinqton üçün həm hərbi, həm də siyasi baxımdan strateji əhəmiyyət daşıyır. İŞİD-ə qarşı mübarizədə peşmərgə qüvvələrinin rolu, eləcə də Bağdad və Tehrana qarşı balans elementi kimi çıxış etməsi bunu təsdiqləyir. 

Bu gün kürd qüvvələrinin İran-İraq sərhədi boyunca minlərlə əsgər yerləşdirməsindən söhbət gedirsə, bu, heç də təsadüfi addım deyil. Bu, İranın qərb istiqamətində potensial təzyiq xəttinin formalaşması deməkdir. Lakin zənnimcə “kürd kartı” anlayışını birbaşa müstəqil dövlət planı kimi yozmaq tələskənlik olardı. 

ABŞ-nin hazırkı mərhələdə əsas məqsədi ehtimal ki, operativ koordinasiya və regional təsir imkanlarını genişləndirməkdir.
Kürd liderlərlə təmas həm kəşfiyyat məlumatlarının paylaşılması, həm də əlavə təzyiqin təmin olunması baxımından əhəmiyyətlidir. Eyni zamanda bu, İrana ünvanlanan siyasi mesajdır ki, Vaşinqtonun alternativ regional tərəfdaşları mövcuddur və lazım gəldikdə aktivləşdirilə bilər”.

Politoloq vurğulayıb ki, İranın qərb vilayətlərində xeyli sayda kürd əhalisi yaşayır və zamanla onlarla mərkəzi hakimiyyət arasında gərginliklər yaşanır:

“Ancaq İran güclü təhlükəsizlik aparatı və mərkəzləşmiş idarəetmə sistemi olan dövlətdir. Hər nə qədər hazırda bombardman altında olsa da, separatizmə qarşı reaksiyası ənənəvi olaraq sərt olacaq. Üstəlik, region ölkələri sərhədlərin dəyişdirilməsinə prinsipial şəkildə qarşıdır.

Bu baxımdan İranda müstəqil kürd dövlətinin qısa müddətdə formalaşması ehtimalı olduqca aşağıdır. Daha real ssenari mərkəzdənqaçma meyillərinin güclənməsi və muxtariyyət tələblərinin artması ola bilər”. 

O qeyd edib ki, bu gan Ankara üçün sərhədlərində kürd dövləti mövzusu strateji “qırmızı xətt”dir:

“Türkiyə həm İraqda, həm də Suriyada kürd silahlı strukturlarına qarşı mütəmadi hərbi əməliyyatlar aparıb və sərhədləri boyunca belə bir siyasi formalaşmanı milli təhlükəsizlik riski kimi qiymətləndirir. 

Məhz ABŞ və İsrail açıq şəkildə kürd dövlətçiliyini təşviq edən kurs seçərsə, Türkiyə kəskin diplomatik etirazla yanaşı, hərbi mövcudluğunu da genişləndirə bilər.

Bu isə NATO daxilində əlavə gərginlik yaradar. Odur ki, Trampın kürd liderlərlə danışığı regionda yeni dövlətin elan olunacağı anlamına gəlməməlidir. Lakin bu addım kürd faktorunun yenidən geosiyasi alət kimi aktuallaşdığını göstərir.

Əgər İran ətrafında müharibə dərinləşərsə və daxili sabitlik zəifləyərsə, etnik və regional məsələlər daha qabarıq şəkildə gündəmə çıxa bilər. Bu isə Yaxın Şərqdə onsuz da kövrək olan balansı daha da mürəkkəbləşdirəcək və region dövlətlərini yeni strateji seçimlərlə üz-üzə qoyacaq”.

Yunis Abdullayev 
“Cebheinfo.az”

Açar sözlər: İran Rəşad Bayramov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Mart 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see505

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see477

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see286

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see267

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see260

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see259

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see250

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see248

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see247

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see243

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see238

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see226

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see225

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see216

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see214

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see203

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see200

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see197

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri