Icma.az
close
up
RU
ABŞ Rusiya Ukrayna danışıqları: Atəşkəsə aparan yol şəkillənir

ABŞ Rusiya Ukrayna danışıqları: Atəşkəsə aparan yol şəkillənir

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Rusiya–Ukrayna müharibəsinin dördüncü ilində tərəflər arasında mümkün atəşkəsə dair ən real sənəd hesab olunan yeni sülh planı ətrafında müzakirələr sürətlənib.

Son günlər sızmalar vasitəsilə ictimailəşən təklif paketi həm Moskva, həm də Kiyevin müəyyən kompromislərini özündə əks etdirir və prosesə ABŞ ilə Avropa İttifaqının da qoşulması təşəbbüsü diqqəti daha da artırıb.

Mövcud məlumatlar yaxın perspektivdə diplomatik irəliləyiş ehtimalını əvvəlkindən daha real göstərir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib ki,  sızmalar vasitəsilə məlum olan yeni sülh planı üzərində hazırda intensiv iş aparılır. Plan həm Rusiya, həm də Ukraynanın müəyyən kompromislərini ehtiva edir. Lakin Ukrayna işğal olunmuş ölkə olduğu üçün onun güzəştləri daha ağır və həssas xarakter daşıyır:

"Bu sənəd son dörd il ərzində  atəşkəsə ən yaxın təklif paketi hesab edilə bilər. Çünki burada əsas beynəlxalq oyunçular prosesdə iştirak edir. Rusiya tərəfi daha genişmiqyaslı sanksiyaların aradan qaldırılmasına və müharibədən sonra beynəlxalq nüfuzunu bərpa etməyə çalışır".

Fərhad Məmmədov: Prosesin mərkəzində bu balans dayanır

Onun sözlərinə görə, Moskva işğal etdiyi ərazilərin maksimum dərəcədə leqallaşdırılmasına nail olmaq istəyir:

"Ukraynanın əsas gözləntisi isə sadə və şəffaf atəşkəsin əldə olunması, işğal olunmuş ərazilərin Rusiya torpağı kimi tanınmasının qarşısının alınmasıdır. Ordunun sayı, hərbi qüvvələrin hansı ərazilərdə yerləşdirilməsi kimi detallar da danışıqların vacib hissəsidir".

Həmsöhbətimizin fikrincə, hazırkı mərhələdə əsas məqam odur ki, Kiyev faktiki işğal reallığını qəbul etsə də, bu ərazilərin Ukraynaya məxsus olması prinsipindən imtina etmir.

"Prosesin mərkəzində məhz bu balans dayanır",- Fərhad Məmmədov fikrini yekunlaşdırıb.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Noyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri