İran yük gəmilərinin çatışmazlığını ŞimalCənub dəhlizinin inkişafına maneə adlandırır
Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yük gəmilərinin az olması Xəzər dənizindən keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin dəniz qolunun inkişafına mane olur. Bu qiymətləndirməni İranın Rusiyadakı səfiri Kazem Cəlali verib.
İRNA agentliyi diplomatdan sitat gətirir: “Xəzər dənizi ilə yüklərin daşınması üçün yararlı gəmilərin olmaması Şimal-Cənub dəhlizinin Xəzər qolunda ticarətin inkişafına mane olan amillərdən biridir”. Cəlalinin sözlərinə görə, Rusiya və İranda dəniz gəmilərinin və limanların tikintisinin sürəti “artırılmalıdır”.
“2024-cü ildə ilkin hesablamalara görə, eyni vaxtda İrandan Rusiyaya Qazaxıstan və Türkmənistan ərazisindən keçən Şimal-Cənub dəhlizinin şərq quru qolu ilə 1,8 milyon tondan 2 milyon tona qədər yük daşınıb , bu marşrutun ötürücülük qabiliyyəti 15 milyon tondur”, - səfir qeyd edib. O xatırladıb ki, Şimal-Cənub dəhlizinin şərq qolundan 2023-cü ildə istifadəyə başlanılıb - o zaman dəniz yolu ilə 650 min ton yük daşınıb.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 09 Yanvar 2025 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















