Icma.az
close
up
RU
İran Zəngəzur dəhlizi ilə bağlı əngəl, təhlükə törədə bilməz ŞƏRH

İran Zəngəzur dəhlizi ilə bağlı əngəl, təhlükə törədə bilməz ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Oqtay Qasımov: "...Çünki bir dəfə Trampın qəzəbini üzərində hiss edib"


"Azərbaycanla razılaşma Ermənistanla İran arasında dəmir yolu əlaqəsini açacaq". Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dünən İrəvanda İran Prezidenti Məsud Pezeşkianla birgə keçirdiyi brifinqdə deyib. Paşinyan bildirib ki, Ermənistanın Azərbaycanla əsas razılaşmalarından biri regionda kommunikasiya marşrutlarının bərpası ilə bağlıdır: "Bununla Ermənistan və İran arasında yeni dəmir yolu əlaqəsi yaranacaq, o cümlədən Naxçıvan-Culfa dəmir yolu xətti vasitəsilə... Bu isə İranın Ermənistana və nəhayət, Qara dənizə dəmir yolu ilə çıxışını təmin edəcək". 

İran Prezidenti Məsud Pezeşkian deyib ki, Qafqazda sülhün hakim olması İran üçün strateji bir prioritetdir. Onun sözlərinə görə, regionun işlərinin regiondan kənar qüvvələrə tapşırılması regional məsələlərin mürəkkəbləşməsinə səbəb olur. İran prezidenti bildirib ki, ölkəsi Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir. O, Nikol Paşinyanı İrana rəsmi səfərə dəvət edib. Pezeşkian iki ölkə arasında dost münasibətlərin davam etdirilməsinin vacibliyini də vurğulayıb: "Ermənistanın baş naziri ilə görüşdə bildirdim ki, İran İslam Respublikası hökumətinin mövqeyi Ermənistanın suverenliyi və ərazi bütövlüyünün qorunması, eləcə də iki ölkə arasında səmimi münasibətlərin davam etdirilməsidir. Üçüncü tərəf qüvvələrinin ümumi sərhədlər yaxınlığında olması ilə bağlı narahatlığımız isə tamamilə aradan qaldırılmalıdır". İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq bildirib ki, İran və Ermənistan ikinci Norduz körpüsünün tikintisi barədə razılaşıblar. O deyib ki, Fars körfəzi ilə Qara dənizi dəmir yolu vasitəsilə birləşdirəcək strateji layihə irəliləyir: "İranda Culfa istiqamətində dəmir yolu artıq mövcuddur və onun Naxçıvandan İrəvana qədər davam etdirilməsi təsdiqlənib. Bu dəmir yolu İran, Azərbaycan, Ermənistan və Avropa arasında tranzitdə mühüm rol oynaya bilər".


Politoloq Oqtay Qasımov Sherg.az-a deyib ki, əslində, böyük miqyasda baxsaq, ABŞ-nin Zəngəzur dəhlizində nəzarəti ələ keçirməsi məhz İran və Rusiyanın apardığı siyasətlə bağlıdır. Ekspert qeyd edib ki, 5 ildən bəri İran Zəngəzur dəhlizinin açılmasına ciddi-cəhdlə mane oldu: 

"Rusiya əlindəki imkanlardan istifadə etməyərək, Zəngəzur dəhlizinin açılmasını ləngitdi. Çünki Moskva bu məsələ üzərindən təzyiq mexanizmini saxlamaq istəyirdi. Sonunda Ermənistan doğru qərar verdi və dəhlizə nəzarət məsələsində ABŞ şirkəti ilə anlaşdı. Bununla da, Rusiya prosesdən kənarda qaldı. İndi İran da, Rusiya da öz siyasətlərinin bəhrəsini görür, "meyvəsini dərirlər". Bugünədək İran ancaq Azərbaycanı ittiham edir, Zəngəzur dəhlizinin açılmasını özünün "qırmızı xətti" kimi qələmə verirdi. Guya bu dəhlizin açılması ilə Ermənistanın ərazi bütövlüyü pozulacaq, bölgədə geopolitik dəyişikliklər əmələ gələcək. Eyni zamanda Ermənistanın İranla olan "min illik əlaqələri"nin pozulmasına gətirib çıxaracaq və s. Ermənistan hökuməti bunlara məhəl qoymadan nəhayət siyasi iradə sərgilədi. İrəvan öz suveren hüquqlarından istifadə edərək öz ərazisində kommunikasiya xəttinin açılması ilə bağlı qərar verdi. Bu qərarın alınmasına ən çox mane olan ölkə İran idi. Ciddi şəkildə İran tərəfindən Ermənistana hörmətsizlik edilirdi. Bir il öncə Nikol Paşinyanın İranın dini rəhbəri A.Xamenei ilə görüşündə dini lider ona dedi ki, "Zəngəzur dəhlizinin açılması Ermənistanın zərərinədir". Halbuki, Zəngəzur dəhlizinin açılması Ermənistana çox ciddi dividendlər gətirəcək. Ən azı il ərzində bu dəhlizdən daşınacaq yüklərə və avtonəqliyyata görə Ermənistan büdcəsinə yüzmilyonlarla dollarlıq vəsait daxil olacaq".


O.Qasımov bildirib ki, "bölgədə üçüncü qüvvələr olmasın" deyə car çəkən İran və Rusiya Ermənistanın ABŞ ilə birgə keçirdiyi hərbi təlimlərə göz yumdu, reaksiya vermədi:

"İran Fransa ilə təşkil olunan ortaq təlimlərə də münasibət bildirilmədi. Avropa İttifaqının bölgədə yerləşdirilmiş kəşfiyyatçılardan ibarət missiyanın varlığına və fəaliyyətinə İran tərəfdən etiraz gəlmədi. İndi İran mənasız olaraq Zəngəzur dəhlizinə qarşı çıxmağa, İrəvana təzyiq göstərməyə çalışır. Təbii ki, bunlar nəticə verməyəcək. Ermənistan İran tərəfini inandırmağı bacaracaq. İranın Ermənistan və Hindistanla bir utopik layihəsi var. Hindistan-İran-Ermənistan və Gürcüstan üzərindən keçəcək yol heç də rentabelli deyil və baş tutması mümkünsüzdür. Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan yol olduqca çətin relyefə malik Zəngəzur-Dərələyəz bölgəsindən keçməlidir. Heç bir ölkə buna sərmayə qoymaz. Zəngəzur dəhlizi ilə İranın uydurduğu utopik layihənin əvəzinə İrana daha çox fayda və gəlir gətirəcək. Ermənistanı özü üçün "Avropanın qapısı" sayan İran böyük yanlış içindədir. Paşinyan öz mövqeyini Pezeşkianla görüşdə ortaya qoydu. İran Zəngəzur dəhlizi ilə bağlı heç əngəl, təhlükə törədə bilməz. Çünki dəhlizə ABŞ şirkəti nəzarət edəcək. İran artıq bir dəfə Trampın qəzəbini üzərində hiss edib. Ona görə də İranın növbəti avantüraya getməsi heç də inandırıcı deyil. İran bunun acı nəticələrini uzun müddət yaşaya bilər. Məsələ ondadır ki, Pezeşkian dəhliz, qonşularla münasibət və digər məsələlərə daha praqmatik baxır. Pezeşkian Ermənistanın ortaya qoyduğu mövqenin haqlı olduğunu görür. İran nəhayət başa düşməlidir ki, qonşu ölkələrin daxili işlərinə qarışmaq Tehrana əlavə dividendlər gətirməyəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Avqust 2025 08:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see276

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see209

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see149

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see147

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see145

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see141

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see137

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see133

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see131

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see131

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see127

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see126

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see124

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see122

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see122

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see120

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see120

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see120

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see119

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri