İrana Azərbaycanla münaqişə başlatmaq indiki vaxtda sərf eləmir POLİTOLOQ
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Martın 5-i səhər saatlarında İrana aid PUA-larla Naxçıvandakı bir sıra obyektlərin vurulması məsələsi təkcə yerli ictimaiyyətdə deyil, beynəlxalq dairələrdə də əsas gündəm mövzusuna çevrilib. Yaranan vəziyyət çərçivəsində müxtəlif versiyalar irəli sürülür və bunlardan biri İranın daha əvvəldən Azərbaycanı münaqişəyə cəlb etmək üçün planlarını həyata keçirməkdə maraqlı olmasıdır. Lakin sual ondan ibarətdir ki, İrana azı 2 dövlətə qarşı müharibədən başqa Azərbaycanla yeni bir cəbhə açmaq lazımdırmı?
Mövzu ilə bağlı sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Avtosfer.az-a açıqlamasında bildirib ki, İranın Naxçıvandakı bir sıra obyektlərə PUA hücumu etməsi onların maraqları baxımından tamamilə məntiqə uyğun deyil. İstər siyasi, istərsə də digər nöqteyi-nəzərdən diqqət etsək, hazırda İrana ikinci bir cəbhədə münaqişə yaratmaq, müharibə başlatmağın heç bi məntiqi səbəbi ola bilməz.
“Lakin anti-İran qüvvələri həm İranın daxilində, xüsusən də xaricində bu cür gərginliklərin yaranması birmənalı olaraq onlara sərf edir. İranda vəziyyətin daha da gərginləşməsi, Azərbaycanla münasibətlərin münaqişə səviyyəsində dəyişməsi bu qüvvələrin tamamilə xeyrinədir. Düşünürəm ki, İran rəhbərliyi məsələni tamamilə araşdırıb bizə aydınlıq gətirən hansısa cavab verəcək. çünki biz başa düşürük ki hazırda İranda dövlətin idarəetmə sistemi dərin böhrandadır. Üstəlik müxtəlif bölgələrdə olan həm hərbi, həm də mülki rəhbərlik özünün açıq və ya gizli məqsədlərinə uyğun təxribat xarakterli addımlar ata bilər. hazırda rəhbərlikdə olan rəsmi şəxslər, ilk növbədə Prezident Pezeşkianın bu məsələyə reaksiyası böyük əhəmiyyət kəsb edir. Ona görə də bu məsələdə rəsmi cavabı gözləməliyik”.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 05 Mart 2026 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















