Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Politoloq: Azərbaycanla Türkmənistanın bir birinə ciddi ehtiyacı var

Politoloq: Azərbaycanla Türkmənistanın bir birinə ciddi ehtiyacı var

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Türkmənistan və Azərbaycan bir-birinin gücünə yeni imkanlar qata bilən ölkələrdir. Hər iki dövlət coğrafi yerləşmə baxımından bir-birinə ehtiyac duyur. Çünki hər ikisi Orta Dəhliz və Şərq–Qərb dəhlizinin üzərində yerləşir. Bu amil həmin ölkələrin istənilən halda əməkdaşlıq etməsini zəruri hala gətirir. Öz imkanlarını reallaşdırmaq üçün hər iki dövlətin bir-birinə ciddi ehtiyacı var".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib. 
"Türkmənistan indiyədək regional inteqrasiyalardan müəyyən mənada kənarda qalıb. 1990-cı illərin ortalarından etibarən daim neytral siyasət seçməsi, bəzi hallarda onu tamamilə regional əməkdaşlıqdan kənarda saxlayıb. Azərbaycan isə müstəqillik illərindən bu yana, xüsusilə də Vətən müharibəsindən sonra açıq və genişmiqyaslı inteqrasiya siyasəti aparır. Bu siyasət Azərbaycana imkan verib ki, tranzit ölkə kimi müxtəlif nəqliyyat dəhlizlərinin qovşağında öz infrastrukturunu qursun və inkişaf etdirsin".
O bildirib ki, bu gün Şimal–Cənub dəhlizi və Şərq–Qərb dəhlizi üzərində yerləşən ölkələrin Azərbaycana ehtiyacı olduqca böyükdür:
"Türkmənistan isə regional inteqrasiyalarda fəal mərhələyə yeni başlayır. Bu mərhələdə Azərbaycan onun üçün çox əhəmiyyətli rol oynaya bilər. Çünki zəngin enerji ehtiyatlarına malik Mərkəzi Asiya dövləti olan Türkmənistan Avropa bazarlarına çıxışa ciddi ehtiyac duyur. Bu baxımdan Azərbaycan həm fiziki, həm də siyasi mənada körpü rolunu oynaya bilər.
Azərbaycan eyni zamanda Türkmənistanla Avropa arasındakı münasibətlərin yaxınlaşdırılmasında da təsirli rol oynaya bilər. Digər tərəfdən, Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsində də Türkmənistan mühüm tərəfdaş ola bilər.
Hazırda Türkmənistanın əsas ehtiyacı öz təbii sərvətlərini, xüsusilə də qaz ehtiyatlarını dünya bazarlarına çıxarmaqdır. Rusiya–Ukrayna müharibəsi səbəbilə Türkmənistan qazını Rusiya üzərindən Avropaya ixrac edə bilmir və əsasən Çinə, eləcə də Əfqanıstan və digər cənub ölkələrinə yönəlib. Bununla belə, Azərbaycanın Türkmənistan qazının Türkiyə və Avropaya çıxarılması üçün çox böyük imkanları mövcuddur".
Politoloq deyib ki, iqtisadiyyatın digər sahələrində də Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur:
"Ən yaxşı tərəfi isə budur ki, bu gün hər iki dövlət bir-birinə ehtiyacın fərqindədir və buna uyğun dəyər verir.
Son günlərdə formalaşan Azərbaycan–Türkmənistan–Özbəkistan üçtərəfli formatı da ölkələrin imkanlarını birləşdirməkdə mühüm rol oynayacaq və türk dövlətləri arasında inteqrasiya proseslərinə yeni təkan verəcək. Xatırlatmaq lazımdır ki, ilin sonlarında Türkmənistan Mərkəzi Asiya dövlətlərinin sammitinə ev sahibliyi etməyi planlaşdırır. Bu tədbir, Türkmənistanın 30 illik daimi neytral siyasətinə həsr olunmuş böyük bir konfrans olacaq.
Aydındır ki, Mərkəzi Asiya dövlətləri ilə inteqrasiyanın gücləndirilməsi həm Türkmənistan, həm də Azərbaycan üçün əlavə imkanlar açır. Bu iki ölkənin imkanlarının, gec də olsa, birləşdirilməsi üçün yaranmış yeni şəraitdən maksimum dərəcədə faydalanmaq lazımdır. Çünki bu, hər iki ölkə üçün son dərəcə sərfəlidir".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Avqust 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri