İrana hücum gözlənilir (Yenilənib)
Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ regionda gərginliyin artması fonunda növbəti sutka ərzində İrana zərbələr endirə bilər.
Reyting.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, ABŞ artıq ehtiyat tədbiri olaraq Yaxın Şərqdəki əsas hərbi bazalardan personalın qismən təxliyəsinə başlayıb.
İki Avropa rəsmisinin sözlərinə görə, Vaşinqtonun hərbi müdaxilə ehtimalı yüksəkdir və zərbələr növbəti 24 saat ərzində endirilə bilər.
İsrail rəsmisi qeyd edib ki, ABŞ prezidenti Donald Tramp mümkün müdaxilə ilə bağlı qərar verib, lakin əməliyyatın dəqiq miqyası və vaxtı hələ məlum deyil.
Onu da qeyd edək ki, Yaxın Şərqdə gərginliyin artması fonunda Böyük Britaniya Qətərdə yerləşən Əl-Udeyd aviabazasından hərbçilərinin bir hissəsini təxliyə edir.
Reyting.az-ın məlumatına görə, xarici KİV-lər yazır ki, britaniyalı hərbçilər həmin aviabazada ABŞ Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 14 Yanvar 2026 21:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















