İrana qarşı müharibə 2 il davam etməyəcək Vensdən açıqlama
Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Fox News telekanalına müsahibəsində bildirib ki, Amerika administrasiyası İranla müharibənin iki il davam etməsinə imkan verməyəcək.
O, həmçinin İranın nüvə proqramının ABŞ üçün hələ də təhlükə yaratdığını qeyd edib.
“Biz Amerika xalqına söz vermişik ki, bundan sonra sonsuz müharibələr aparmayacağıq. Bəli, prezident İranın nüvə proqramını məhv etməyin vacib olduğunu düşünürdü və bəli, İranın nüvə proqramı ABŞ üçün təhlükə yaradır. Lakin biz bu münaqişəni 10-15 il, açığını desəm, hətta iki il də uzatmaq niyyətində deyilik”, – deyə Vens bildirib.
ABŞ-ın vitse-prezidenti əlavə edib ki, bir çox neokonservativlər və digər şəxslər ABŞ-ın regionda əbədi qalmasını istəsələr də, Vaşinqtonun belə bir planı yoxdur.
“Baxmayaraq ki, bir çox neokonservativlər və digər insanlar bizim orada həmişəlik qalmağımızı istəyirlər, biz əbədi qalmaq niyyətində deyilik. Biz orada qalmayacağımıza söz vermişik. Mən tam əminəm ki, prezident bu vəziyyətdən bizi çox yaxşı nəticələrlə çıxaracaq”, – deyə Vens vurğulayıb.
Post navigation
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 17 Noyabr 2026 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















