Seçkidə İrana görə uduzduq Vensdən etiraf
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Respublikaçılar Partiyasının noyabrın 3-də keçirilən aralıq seçkilərdə məğlubiyyətinin əsas səbəbinin İranla müharibə olduğunu bildirib.
Modern.az xəbər verir ki, Vens bu barədə öz “X” hesabında paylaşım edib.
O qeyd edib ki, Respublikaçıların seçiciləri seçkiyə gəlsələr də, onların bir qismi bu dəfə demokratlara səs verib.
Vensin sözlərinə görə, 2024-cü ildə Donald Tramp və Ceyms Devid Vensə səs verən bir çox amerikalı 2026-cı il seçkilərində demokratları dəstəkləyib.
Vens onu da bildirib ki, respublikaçıların seçkidə məğlubiyyətinin səbəbləri arasında inflyasiyanın artması, yaşayış xərcləri və İsraillə münasibətlər də var.
O, demokratlara səs verən narazı seçicilərin partiyaya qayıtması üçün dörd əsas məsələnin həllini vacib saydığını vurğulayıb ki, bunlar İranla müharibəyə son qoyulması, inflyasiya ilə mübarizə, “Amerika hər şeydən əvvəl” siyasətinə qayıdış və İsraillə münasibətlərin dəyişdirilməsidir.
Vens seçki kampaniyası zamanı münaqişənin diplomatik yolla həllini müdafiə edən Reyçel Kampos-Daffinin mövqeyinin də əsaslı olduğunu bildirib.
“Bizim məğlubiyyətimizin səbəbi müharibədir. ABŞ prezidenti Donald Tramp da dünən gecə bunu bəyan edib. Əgər bunun buna dəyər olduğunu, Senatda yerlərin itirilməsinin növbəti altı il üçün əsaslandırıla biləcəyini sübut etmək istəyirsinizsə, bunu edin. Bunun məqbul qiymət olduğunu deyin. Razılaşın və ya razılaşmayın, ən azı bu, dürüst mövqe olar. Lakin hamı niyə məğlub olduğumuzu bilir. Bundan sonra nə etməli olduğumuzla bağlı hər hansı səmimi müzakirə məhz bundan başlamalıdır. Mən hələ də ölkəmizə ümid bəsləyirəm”, - Vens yazıb.
O, həmçinin respublikaçıları seçkinin nəticələrindən nəticə çıxarmağa və ölkənin gələcəyi naminə fəaliyyətlərini davam etdirməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 04 Noyabr 2026 21:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















