İrana xəbərdarlıq edildi: Diplomatiya üçün son şans...
Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ prezidenti Donald Tramp İranın müharibəni bitirmək üçün aparılan danışıqları necə idarə etməsindən getdikcə daha çox məyus olur və bəzi ABŞ rəsmiləri genişmiqyaslı hərbi əməliyyatların yenidən bərpasını daha ciddi şəkildə gündəmə gətirir.
Sitat.info xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri yazır.
Pentaqon daxilində bəzi rəsmilər iranlıları danışıqlar masasına qaytarmaq üçün daha aqressiv xətti, o cümlədən Tehranın mövqeyini daha da zəiflədə biləcək hədəfli zərbələri dəstəkləyirlər.
Nəşrin məlumatına görə, Trampın yaxın çevrəsi Pakistan vasitəçilərinin İranla daha açıq və sərt danışmasını istəyir. ABŞ rəsmilərinin bir qismi isə Pakistanın Trampın narazılığını Tehrana kifayət qədər aydın çatdırıb-çatdırmadığına şübhə ilə yanaşır.
Pakistan və digər regional ölkələr iranlılara Trampın ciddi şəkildə məyus olduğunu və bunun “diplomatiya üçün son şans” olduğunu çatdırmağa çalışıblar.
Nigar,
Sitat.info
Baxış sayı:86
Bu xəbər 12 May 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















