İranda 8 dərman zavodu zərər görüb hücumlara baxmayaraq təminat davam edir
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin Qida və Dərman Dövriyyəsinə Nəzarət Təşkilatının rəhbəri Mehdi Pirsalehi məlumat verib.
Onun sözlərinə görə, hazırda səkkiz əczaçılıq zavodu qismən zədələnib və ya tamamilə sıradan çıxıb. Bundan əlavə, dərman məhsullarının paylanması ilə məşğul olan bir neçə şirkət də zərər çəkib. Pirsalehi bildirib ki, ölkənin bir sıra şəhərlərində apteklər də atəşə məruz qalıb və nəticədə ən azı bir əczaçı həyatını itirib.
Bununla yanaşı, o vurğulayıb ki, dərman preparatları və tibbi avadanlıqların istehsalı, eləcə də daxili bazara tədarükü dayandırılmayıb və tələb olunan həcmdə davam etdirilir.
Martın 10-da İran hökumətinin sözçüsü Fateme Mohacirani bəyan edib ki, ABŞ və İsrailin hücumlarına baxmayaraq, əhalinin əsas tələbat malları ilə fasiləsiz təmin olunması üçün effektiv tədbirlər görülüb və ölkədə ərzaq və dərman qıtlığı yoxdur.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Hücumlar zamanı Tehran da daxil olmaqla ölkənin ən böyük şəhərləri hədəfə alınıb. Ağ Ev bu əməliyyatları İran tərəfindən mövcud olan raket və nüvə təhlükəsi ilə əsaslandırıb. Zərbələr nəticəsində ali lider ayətullah Əli Xamenei və ölkə rəhbərliyinin digər mühüm fiqurlarının həlak olduğu bildirilir.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 18 Mart 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















