İranda antiterror əməliyyatı: 6 nəfər zərərsizləşdirildi VİDEO
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran kəşfiyyatı Sistan və Bəlucistan əyalətində Şərqi İranda “kritik obyekt”i hədəf almağı planlayan terrorçu qrupu zərərsizləşdirib.
Globalinfo.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, döyüş sursatı ilə silahlanmış qeyri-İran vətəndaşları ilə kəşfiyyat qüvvələri arasında saatlarla davam edən toqquşma nəticəsində terrorçulardan 6-sı zərəsizləşdirilib, 2-si isə sağ ələ keçirilib.
Əməliyyat zamanı iki zabit və bir polis əməkdaşı da xəsarət alıb.

