İranda atəşkəsdən əvvəl İsrailə hücumlar təsdiqləndi
Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.
SEPAH: İran atəşkəsin qüvvəyə minməsindən bir neçə dəqiqə əvvəl İsrailə hücum etdi
İran Silahlı Qüvvələrinin elit birliyi olan İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), İsrailə qarşı atəşkəsin başlamasından bir neçə dəqiqə əvvəl hücum həyata keçirdiyini təsdiqləyib.
Xalqcebhesi.az-ın məlumatına görə, bu barədə TASS agentliyi SEPAH-ın bəyanatına istinadla məlumat yayıb.
Bəyanatda bildirilir:
“Atəşkəs rejiminin qüvvəyə minməsinə bir neçə dəqiqə qalmış, ‘Həqiqi vəd — 3’ əməliyyatının 22-ci mərhələsində İnqilab Keşikçiləri Korpusu sionist rejimin (İsrailin) hərbi və dəstək mərkəzlərini məhv etmişdir.”
SEPAH həmçinin qeyd edib ki, ümumilikdə İsrailə qarşı 14 raket buraxılıb. Korpusun məlumatına görə, bu raketlərlə “hərbi və yardımçı obyektlər” vurulub.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 24 İyun 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















