İranda baş verənlər Azərbaycan və Türkiyə üçün nə dərəcədə maraqlıdır?
Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İranla sıx iqtisadi və siyasi əlaqələri olan ölkələr, xüsusən də Türkiyə və Azərbaycan İranda monarxiyanın restavrasiyasında maraqlı deyil. İranla qonşu olan ölkələr üçün strateji maraq İranın vahid dövlət kimi qorunub saxlanması və daxildə sabitliyin təmin edilməsidir. İstənilən geosiyasi gərginlik sərhəd təhlükəsizliyi, miqrasiya kimi dalğaları alovlandıra bilər ki, bu da qonşu ölkələrin iqtisadiyyatlarına əlavə siyasi təzyiq deməkdir. İranda sabitliyin olmasında maraqlı olan ölkələr üçün Məsud Pezeşkian rəhbərliyi ilə proqnozlaşdırıla bilən, kommunikasiyaya açıq rəsmi Tehran maraqlıdır.Bura mühafizəkar teoktratlar daxil deyil.
Xüsusən də regionda yeni logistika, energetika layihələrinin icrasına başlandığı bir dönəmdə sabitlik dünənkindən daha çox aktual olur. Zəngəzur ideyasına qarşı çıxan, qırmızı xətlər çəkib, hədələr yağdıran radikallara qarşı elə Məsud Pezeşkian praqmatik mövqe sərgiləməyi bacardı ki, bu, Bakı və Ankarada yüksək qiymətləndirildi. Bu da onu göstərir ki, Məsud Pezeşkian sayəsində İran regionun nəqliyyat və logistika arxitekturasına inteqrasiya ola və bundan faydalana bilər. Yeni mərhələdə rəsmi Tehranın çürümədən qurtulmaq üçün 2 yolu var: biri Pezeşkianın təklif etdiyi dəqiq cərrahiyyə, yəni islahat, digəri isə Pəhləvinin qayıdışı ilə birdəfəlik amputasiya. Amputasiya isə istənilən halda əlillik deməkdir.
Bu mövzuda digər xəbərlər:“Türkiye” qəzeti: İranda toplaşan PKK terrorçuları Türkiyə və Azərbaycan üçün təhlükə yaradırlar
08 Mart 2026 15:51
İranda baş verənlər Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcək?
15 Yanvar 2026 16:09
İranda dəyişiklik Türkiyə üçün fürsətlər qapısıdır PROQNOZ
04 Fevral 2026 13:36
İranda baş verənlər inqilabdırmı?..
12 Yanvar 2026 09:31
İranda mərsiyə məclislərində Azərbaycan və Türkiyə əleyhinə siyasi çağırışlar
31 Dekabr 2024 20:58
Baxış sayı:145
Bu xəbər 08 Yanvar 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















