Icma.az
close
up
RU
İranda baş verənlər inqilabdırmı?..

İranda baş verənlər inqilabdırmı?..

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fazil Mustafa
İranla bağlı bəzi qeydlər

İranda baş verənlər inqilabmı? Düşünürəm ki, deyil. Nəzəriyyə və proqram olmayan bu cür etiraz forması kütləvi sosial iğtişaş sayıla bilər. Xarici müdaxilə risqi böyükdür, bu gerçəkləşərsə rejimin dəyişməsi mümkündür. Müasir dünya konjekturunda İranın parçalanması bölgə ilə ən çox bağlantısı olan ABŞ və Böyük Britaniyanın işinə gəlməz. İzrail isə bunu heç istəməz. Necə ki, İraq, Suriya, Əfqanıstan kimi dövlətlər onlarla bölgə avtoritetlərinin əlində qaldılar, hələ də bu elementlər təsir gücünü saxlasalar da, bu ölkələrin hansınınsa parçalanmasına imkan verilmədi. İrana da indidən bu ssenari üzrə baxa bilərsiniz. Bazar mərkəzli burjuaziyanın siyasiləşməsi üçün vaxt lazımdır. Dinçiliyin inanc formulu ziyalı gildiyasının dialoq çağırışlarını yenə də rahatlıqla basdıracaq. İç savaş çıxması ehtimalı böyükdür. Bütün hallarda bu ölkənin demokratikləşməsi illüziyadan başqa bir şey deyil. Çünki burada əsas sinif dünən də, bu gün də, sabah da ruhani elitası olacaq. Siyasi hakimiyyətdə olmasalar da, əksəri savadsız toplum üzərində molla, seyid, cindarların mənəvi hakimiyyəti hər zaman təsir gücünü qoruyub saxlayacaq. Yəni burada hər zaman Şeyx Nəsrullah çoxluqda, Kefli İsgəndər təklikdə olacaqdır.
İran psixologiyasını anlamaq üçün Məhəmməd Əsadın "Məkkəyə gedən yol" əsərini oxumağı tövsiyə edərdim. Bizdəki Səfəviçi zehniyyətinin daşıyıcıları ilə İrandakı Xomeyniçi-Xamneyiçi zehniyyət daşıyıcılarının düşüncələri arasında düz mütənasiblik var. Prosesi Stalinin bizə sırıdığı Güney Azərbaycan mifologiyasından aralanıb təhlil etməzsək, oradakı soydaşlarımızı bir daha mənasız hədəflərə yönəldə bilərik. İranda indiki prezidentin öncüllüyü ilə dini, siyasi, milli və sosial siyasətdə islahatlar aparılması mümkün görünmür. Çünki hər hansı bir islahat molla hakimiyyətinin məhdudlaşdırlması və hüquqa bağlanması deməkdir ki, buna əlində böyük bir maddi və insan resursu olan təbəqənin imkan tanıması inandırıcı deyil. Demək ki, rejim dəyişikliyi elitanı bütövlükdə süpürüb ata bilər. O halda şəriət hüququna dayanmayan respublikadan daha çox, monarxiyanın bərpası mümkündür.

Bu gün İrandakı hadisələri şərh edən bütün subyektlər kimi mənim də İranın daxili ünsürləri, onların real təsir gücü barədə yetkin bilgim yoxdur, sadəcə Azərbaycan dövlətinin mənafeyini düşünən bir siyasətçi kimi öz baxışımızın necə ola biləcəyini müəyyənləşdirməyə çalışıram.
Bizim üçün əsas gözlənti İranda dünyəvi dövlətin qurulmasıdır. Bunu İran burjaziyası da qura bilər, şah monarxiyası da təmin edə bilər- bizim üçün elə də fərqi olmamalıdır. Öncəlik İranın dinçi-məzhəbçi faşizmdən qurtuluşudur. Bu həm də bizim dövlətin alt qatlarında yerləşən İran ideoloji virusunun təmizlənməsi üçün imkan yaradacaq. Prinsip etibarilə hər hansı bir dünyəvi dövlətin bu cür xəstə ideologiyanın yayılmasına bu qədər vəsait xərcləməyə marağı olmamalıdır.
Artıq bütün qonşularla praqmatik maraqlar üzərindən münasibət qurulması üçün qarşıda bir əngəl qalmayacaq. İkinci baxışımız, İranın ərazi bütövlüyünün pozulmamasıdır. Təbii ki, oradakı soydaşlarımızın milli haqlarının əsas komponentlərinin tanınması arzuolunandır, ancaq unutmayaq ki, maraqlı dövlətlər İraq və Suriyada olduğu kimi əsas müttəfiqliyi kürd amili üzərindən gerçəkləşdirməyə çalışacaqlar və bu azərbaycanlıların maraqlarına ciddi zərbə vura bilər. Ona görə də indidən kürdlərlərin irəli gələnləri ilə bir-birinin maraqlarına toxunulmaması barədə anlaşmaya varılması qarşıdurma risqini azaltmış olardı. Üçüncü isə, iç savaş çıxacağı təqdirdə qaçqın selinin nizamlanması indidən bizi və Türkiyəni düşündürməlidir. Əlbəttə, soydaşlarımıza dəstək verməliyik, ancaq heç bir halda daxil təhlükəsizliyimzi təhdid edəcək proseslərə imkan tanımamalıyıq.

Son açıqlamalar göstərir ki, ABŞ İrandakı hadisələrdə rejimə qarşı tərəf rolunda olduğunu açıq bəyan edir və bu, hadisələrin dramatizminin artması üçün yetərincə önəmli əsasdır. Bəs sahəyə eniş olacaqmı? Bu cür sualın cavabını öncədən Güney Amerikada Maduranın bilmədiyi kimi, bizim bölgədə də kimsə bilməz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Yanvar 2026 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see583

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see249

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see233

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see229

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see223

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see210

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see209

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see204

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see198

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see192

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see182

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see179

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see179

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see178

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see176

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see174

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see172

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see170

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri