Icma.az
close
up
RU
İranda başladıldı, Türkiyədə dəstəkləndi: Bakıya qarşı yeni planın detalları

İranda başladıldı, Türkiyədə dəstəkləndi: Bakıya qarşı yeni planın detalları

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son zamanlarda İran və Türkiyənin bir sıra media orqanlarında Azərbaycana qarşı kampaniyalar daha da intensivləşib. İsrail üzərindən ölkəmizi hədəfə alan bu kampaniya hər iki istiqamətdə də paralel aparılır.

Maraqlıdır ki, Bakını Təl-Əvivlə yaxın əməkdaşlıqda ittiham edən Tehran, Qarabağın işağalda olduğu 30 il müddətində müsəlmanların qanını tökən Ermənistana açıq dəstək verirdi. Həmçinin İrəvanla əlaqələr daima inkişaf etdilir, ermənilərə xüsusi imkanlar yaradılırdı. Lakin İslam dövləti Qarabağda məscidlərin dağıdılmasına səssiz qalırdı.

Bakıya qarşı hazırkı hücumların əsas səbəbi nədir?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, informasiya müharibəsinin qlobal miqyas aldığı bir dövrdə Cənubi Qafqaz xüsusi geosiyasi rəqabət arealına çevrilib:

“Bu rəqabətin ən aydın təzahürlərindən biri isə Azərbaycan ətrafında aparılan planlı, koordinasiyalı və məqsədyönlü qara PR kampaniyalarıdır. Son aylarda xüsusilə İrana bağlı media strukturlarının, dini-siyasi çevrələrin və eyni zamanda Türkiyədəki müəyyən ideoloji qrupların Azərbaycan haqqında sinxron şəkildə manipulyativ ritorika formalaşdırması təsadüfi deyil. Bu iki xətt – ideoloji baxımdan bir-birinə tam zidd görünən İran və Türkiyənin bəzi dairələri konkret məxrəcdə birləşirlər. Azərbaycanın yüksələn regional mövqeyi və müstəqil siyasəti onları narahat edir.

İrandan Azərbaycana yönələn ittihamlar, xüsusən Bakı və Tel-Əviv arasındakı əməkdaşlıqla bağlı iddialar ilk baxışdan ideoloji motivli təqdim olunur. Tehran özünü müsəlman həmrəyliyinin müdafiəçisi kimi göstərməyə çalışır və bunu Azərbaycana təzyiq vasitəsinə çevirmək niyyəti güdür. Lakin bu ritorikanın arxa planına nəzər saldıqda, ikili standartlar açıq görünür: İran 30 il boyunca azərbaycanlıların qanını tökən, yüzlərlə şəhəri və kəndi yerlə-yeksan edən, məscidləri dağıdan Ermənistana siyasi, iqtisadi və təhlükəsizlik dəstəyi verib. İşğal dövründə İran–Ermənistan ticarət dövriyyəsinin rekord həddə çatması, enerji və logistika sahəsində xüsusi əməkdaşlıq həyata keçirilməsi bunun bariz nümunəsidir. Tehran azərbaycanlı müsəlmanların məscidlərinin təhqir olunmasına, Qafqazda müsəlman irsinin məhv edilməsinə heç vaxt etiraz etməyib. Bu mənzərə göstərir ki, İranın “müsəlman həmrəyliyi” iddiası siyasi manipulyasiya xarakteri daşıyır”.

Deputat bildirib ki, Türkiyə ilə bağlı vəziyyət fərqlidir:

AzərbaycanTürkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsində olsa da, Ankarada müxtəlif ideoloji qrupların mövcudluğu fonunda bəzən ölkəmizə qarşı əsassız tənqidlər səsləndirilir. Bu tənqidi xətt Türkiyənin dövlət siyasəti ilə heç bir formada üst-üstə düşmür, daha çox daxili siyasi mübarizənin, ideoloji qütbləşmənin və müəyyən radikal çevrələrin təsiri altında formalaşmış fərdi mövqedir. Bəzi dini-mühafizəkar qruplar məqsədyönlü şəkildə İranın təbliğat xəttinə yaxın ritorika aparır, ölkəmizə təzyiq göstərməyə çalışırlar. Alt məqsəd isə aydındır.


Elçin Mirzəbəyli 

Bu iki fərqli mənbədən gələn informasiya hücumlarının sinxronlaşdırılmış şəkildə görünməsi regionda yaranan yeni geosiyasi düzənlə bağlıdır. 44 günlük müharibədən sonra Azərbaycan regionda yalnız hərbi-siyasi qüvvə balansını dəyişməyib, həm də Şərq–Qərb nəqliyyat dəhlizlərinin, enerji təhlükəsizliyinin və yeni iqtisadi arteriyaların əsas aktoruna çevrilib. Azərbaycanın həm Türkiyə, həm İsrail, həm Avropa, həm də Mərkəzi Asiya ilə paralel siyasi xətt aparması Tehranın regiondakı təsir imkanlarını daraldır. Türkiyədəki bəzi dairələr isə Azərbaycanın artan nüfuzunu öz ideoloji çərçivələri və yersiz iddiaları ilə uyğunlaşdıra bilmədikləri üçün emosional reflekslərə əl atırlar.

Belə bir şəraitdə əsas suallardan biri budur: Mövcud qara PR kampaniyası Bakını İsraillə əməkdaşlıq siyasətinə yenidən baxmağa vadar etməyə hesablanıbmı?”

E.Mirzəbəylinin vurğulayıb ki, bu təzyiq strategiyası heç bir nəticə verməyəcək:

“Azərbaycanın İsraillə münasibətləri emosional deyil, sırf təhlükəsizlik və strateji maraqlar prizmasından formalaşıb. Müharibə dövründə Tel-Əvivin hərbi-texniki dəstəyi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, kəşfiyyat mübadiləsi və enerji layihələri bu əlaqələri regional təhlükəsizlik arxitekturasının mühüm elementinə çevirib. Azərbaycan heç bir kənar gücün təzyiqi ilə öz təhlükəsizlik doktrinasını dəyişməməyəcək və bunu dəfələrlə nümayiş etdirib.

Nəticə olaraq, İran və Türkiyənin müəyyən dairələrinin apardığı sinxron qara PR kampaniyaları Azərbaycana real təsir rıçağı deyil, əksinə, ölkənin yüksələn regional rolunun yaratdığı narahatlığın ifadəsidir. Azərbaycan müstəqil, çoxvektorlu və praqmatik siyasət yürüdür. Bu siyasətin isə qərəzli informasiya hücumları ilə dəyişməsi mümkün deyil. Paradoks ondadır ki, Azərbaycan nə qədər güclənirsə, ona qarşı belə kampaniyaların intensivliyi də bir o qədər artır. Bu da Bakının seçdiyi istiqamətin doğru olduğunun ən mühüm göstəricisidir”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Noyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri