İranda casus şəbəkəsi işi üzrə iki müttəhimə ölüm hökmü çıxarıldı
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranın məhkəmə orqanları Kərəcdə "Mossad" və "Mücahidin-e Xalq" təşkilatı ilə əlaqəli olduğu iddia edilən "casus şəbəkəsi" işi üzrə iki müttəhimin edam cəzasına məhkum edildiyini açıqlayıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Xəbərlərə görə, bu şəxslər digər iki ittiham edilən şəxslə - İsfahandan olan ər-arvad ilə birlikdə "moharebe" (Allaha qarşı müharibə aparmaq), "Düşmən qruplaşmalarla əməkdaşlıq", "Ölkənin milli təhlükəsizliyə qarşı sui-qəsd və hərəkətlər" və "Rejimə qarşı təbliğat fəaliyyəti" ittihamları üzrə Kərəc məhkəməsi qarşısına çıxarılıblar. Digər ikisi uzunmüddətli həbs cəzası alıblar - ümumilikdə 26 ildən çox.
Ədliyyə orqanlarının iddiasına görə, müttəhimlər İsrail kəşfiyyatında təlim keçiblər və hərbi obyektlərin yandırılması, Tehrandakı hərbi mərkəzə hücum cəhdi də daxil olmaqla, aksiyalarda iştirak ediblər. Həmçinin onlardan istifadəyə hazır partlayıcı mərmilərin də müsadirə edildiyi bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 27 Sentyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















