Icma.az
close
up
RU
İranda etiraz aksiyalarında “Tramp faktoru”: ABŞ dan gələn mesajlar Tehranı sıxışdırır

İranda etiraz aksiyalarında “Tramp faktoru”: ABŞ dan gələn mesajlar Tehranı sıxışdırır

Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"ABŞ Prezident Donald Tramp İrandadakı etirazlarla bağlı hər gün açıqlama verir və status paylaşır. Ağ Ev sahibinin İranın hərbi mərkəzlərinə zərbə vuracağı açıqlaması və “İran indi daha çox azadlığa can atır. ABŞ kömək etməyə hazırdır” statusu etirazları yatırtmağa çalışan İran mühafizəkarlarına təzyiq, etirazçıları isə daha çox cəsarətli olmağa həvəsləndirmək məqsədi daşıyır. Etirazçıların da bir neçə şəhərdəki küçəni “Donald Tramp” adlandırması onların Ağ Ev sahibi ilə paslaşmasına işarədir. İranda internetin kəsilməsinə baxmayaraq, Trampla etirazçılar arasında rabitə yaranıb. Ağ Ev sahibinin İrana artan diqqəti bu ölkədəki mühafizəkarları ənənəvi olaraq “Amerikaya ölüm” şüarlarını səsləndirməsinə həvəsləndirib. Halbuki, bir müddət bu şüarın səslənməsinə fasilə vermişdilər@.

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, beləliklə, Tehrandakı dükan sahiblərinin milli pull vahidinin dəyərdən düşməsiylə bağlı başlatdıqları etirazlarda xarici amil də ön plana keçib: " Etirazlar davam edərkən, ABŞ-ın İranın hərbi mərkəzlərinə və SEPAH məntəqələrinə endirə biləcəyi zərbələrin nəticəsi nə ola bilər? Mühafizəkarlar etirazların ilk günləri ABŞ-ın adını çəkmirdilər, ancaq Trampın etirazlarla bağlı açıqlama və statusları çoxaldıqca, mollalar etirazları məhz Amerikanın təşkil etdiyini söyləməyə başladılar. Məqsəd aydındır, rejim diqqəti ölkədaxili problemlərdən yayındıraraq cəmiyyəti məlum düşmənə qarşı mobilizə etməyə çalışır. ABŞ raket zərbələri endirərsə, molla rejimi mobilizəni gücləndirməyə çalışacaq. Ancaq bu müvəqqəti xarakter daşıyacaq. Rejim İsrail və ABŞ-la 12 günlük müharibədən sonra cəmiyyəti mobilizə edə bilmədi, əksinə sanksiyalardan bezən insanlar ölkələrinin beynəlxalq aləmlə normal münasibətlərinin formalaşmasını istəyirlər. Bunu istəyənlərdən biri də İran Prezidenti Məsud Pezeşkiandır, ancaq onun da əl-qolunu bağlayan indiki sistemdir".

Tehran,

Sitat.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://sitat.info
archiveBu xəbər 12 Yanvar 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri